Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

TransAnadolu qaz kəmərinin tikintisinə başlanıldı

Bununla bağlı Ankarada memorandum imzalanıb

Bu gün Ankarada Türkiyə və Azərbaycan arasında TransAnadolu qaz kəmərinin tikintisi layihəsi üzrə Anlaşma Memorandumu imzalanıb.

Yeni kəmər Xəzərin Azərbaycan sektorunda yerləşən «Şahdəniz» yatağında hasil olunan qazının Türkiyə vasitəsilə Avropaya nəqli üçün nəzərdə tutulur.

 Simsar.az-ın məlumatına görə, bu kəmərin çəkilməsi bu ilin oktyabrın 25-də Azərbaycanla Türkiyə arasında imzalanmış qaz sazişlərində də nəzərdə tutulub. 

Türkiyənin enerji və təbii sərvətlər naziri Taner Yıldız və Azərbaycanın sənaye energetika naziri Natiq Əliyevin imzaladığı bu sənəd kəmərin çəkilməsi üçün işlərə başlanması, o cümlədən Azərbaycan və Türkiyə tərəfindən birgə konsorsiumun yaradılması üçün şirkətlərin təyin edilməsi nəzərdə tutulur. Konsorsiumun ilk iştirakçıları Azərbaycan Dövlət Neft Şirkəti və Türkiyənin «BOTAŞ» boru kəməri şirkəti olacaq. Sonradan bura digər beynəlxalq və xarici şirkətlər də qatıla bilər.

Qeyd edək ki, TransAnadolu (Samsun-Ceyhan) qaz kəmərinin illik ötürmə gücü azı 16 mlrd. kubmetr təşkil edəcək. Kəmər Türkiyənin şərq sərhədlərindən - Gürcüstanla sərhəddən Türkiyənin Bolqarıstan və ya Yunanıstanla sərhədinədək uzanacaq. Bir qədər əvvəl ARDNŞ prezidenti Rövnəq Abdullayev yeni qaz kəmərinin «iddialı, lakin nativsiz bir layihə» olduğunu, onun Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında böyük əhəmiyyətə malik olacağını bildirib.






26 Dekabr, 2011  17:12 Baxılıb: 979 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner