Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Media Hüququ İnstitutu üç dövlət qurumunu "qara siyahı" ya saldı

Təşkilat “Dövlət qurumlarının online şəffaflıq” adlı hesabatını açıqlayıb

Bu gün Media Hüququ İnstitutu (MHİ) hazırladığı “Dövlət qurumlarının online şəffaflıq” adlı hesabatını açıqlayıb.

Simsar.az-ın məlumatına görə, bu münasibətlə Beynəlxalq Mətbuat Mərkəzində təşkil olunan toplantıda MHİ-nın direktoru Rəşid Hacılı, media üzrə hüquq eksperti Ələsgər Məmmədli, jurnalist Qulu Məhərrəmli və digərləri çıxış ediblər.

“İnformasiya əldə etmək haqqında” qanunla bilgi sahibi olan qurumların internet saytlarının monitorinqi aparılan hesabatda bildirilib ki, təqdim olunan nəticələr 67 dövlət qurumunun internet resursunun monitorinqinə əsaslanır. Saytların monitorinqi zamanı 12 parametrdən istifadə olunub.

R.Hacılı bildirib ki, monitorinqin metodologiyası “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulan qaydada bilgi sahiblərinin internet resurslarından informasiyaların əldə edilməsi durumunu qiymətləndirmək üçün hazırlanıb.
Reytinq cədvəlinə görə 1-ci yeri Baş Prokurorluq (49.46 faiz), 2-ci yeri Vergilər Nazirliyi (46.15 faiz), 3-cü yeri Hesablama Palatası (42.29 faiz), 4-cü yeri Dövlət Neft Fondu (42.15 faiz), 5-ci yeri isə Mərkəzi Bank tutub (39.36 faiz). Digər 5 yeri isə ardıcıl olaraq Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi (35.32 faiz), Prezident yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya (35.24 faiz), Səhiyyə Nazirliyi (34.60 faiz), Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi (34.02 faiz), Daxili İşlər Nazirliyi (33.61 faiz) və digər dövlət qurumları tutur.

Son 3 yeri isə Əsir və itkin düşmüş girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası (9.56 faiz), Milli Təhlükəsizlik Nazirliyi (8.95 faiz) və Bakı Metropoliteni İdarəsi (3.84 faiz) bölüşdürüblər.






26 Dekabr, 2011  16:55 Baxılıb: 1000 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



sagbanner