Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

İpoteka krediti alan alimlərə yaşıl işıq

Alimlərin gənclik yaşı 42-yə qaldırılır, subaylara da kredit veriləcək

Gələn ildən Azərbaycanda gənc alimlər üçün güzəştli ipoteka kreditlərinin verilməsi şərtlərində dəyişikliklərin ediləcəyi gözlənilir.

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Gənclərin İntellektual İnkişaf Mərkəzinin rəhbəri İlqar Orucov bazar ertəsi Trend-ə deyib ki, hazırda ölkədə yalnız yaşı 35-dək olan alimlər gənc alim hesab edilirlər. Buna görə də yalnız bu alimlər güzəştli ipoteka şərtlərindən yararlana bilirlər. Ölkə prezidentinin 23 yanvar 2007-ci il tarixli fərmanı ilə təsdiqlənən Azərbaycan Respublikasında güzəştli ipoteka kreditlərinin verilməsi qaydalarına əsasən də elmi dərəcəsi, yaşı 35-dək olan və ailəli olan gənc alimlər güzəştli ipoteka şərtlərindən yararlana bilərlər.

Sözügedən qaydalara əlavə və dəyişikliklərin edilməsi məqsədilə AMEA tərəfindən hazırlanan yeni təkliflərdə isə bu şərtlər yüngülləşdirilib.

Təkliflərdə fəlsəfə və elmlər doktoru elmi dərəcələri, yaşı 40-dək olan, ailəli alimlərlə yanaşı, subay gənc alimlərin də güzəştli ipoteka şərtlərindən yararlanması məsələləri öz əksini tapıb.

Orucov bildirib ki, artıq təkliflər müvafiq qurumlarla razılaşdırılıb. Gələn ilin əvvəlində yeni təkliflərin əlavə olunduğu sənədin qəbul ediləcəyi gözlənilir.

AMEA rəsmisinin sözlərinə görə, bu təkliflər təsdiqləndikdən sonra mənzilə ehtiyacı olan 36-42 yaşlı alimlər də ipoteka krediti ilə özlərinə ev ala bilərlər.






26 Dekabr, 2011  16:39 Baxılıb: 1385 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner