Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

“Gallup İnternational”a görə, Azərbaycanda inkişaf etməkdə olan 51 ölkə sırasında 8-ci yerdədi

Azərbaycanın yüksək templərlə inkişafı ölkədə aparılan islahatlara sübutdur

Dünyanın nüfuzlu araşdırma və sorğu şirkətlərindən biri “Gallup İnternational”ın 2011-ci ilin son sonlarında dünyanın 51 ölkəsində apardığı “Qlobal Ümid və Ümidsizlik Barometri” adlı sorğusuna əsasən Azərbaycan inkişafda olan ölkələr qrupu üzrə 51 ölkə arasında 8-ci yeri tutub.

Simsar.az-ın Azərbaycan Marketinq Cəmiyyətinin mətbuat xidmətinə istinadən verdiyi xəbərə əsasən, bu göstərici ölkə əhalisinin gələcəyə ümid bəslədiyini, hazırkı ilə nisbətən qarşıdakı ildə əhalinin rifah səviyyəsinin daha da yüksələcəyinə inandığını, 2012-ci ildə Azərbaycanın inkişafına böyük nikbinliklə baxdığını göstərir.

Sorğuya əsasən, Azərbaycan həmçinin cari ildə ən yüksək irəliləyiş əldə etmiş ölkələr sırasında ilk yerlərdən birində qərarlaşıb.

Eyni zamanda, araşdırma bunu da göstərir ki, ümidsizlik dərəcəsi Avropa və Şimali Amerikada dünyanın digər ölkələri ilə müqayisədə daha yüksəkdir. Hesabatda qeyd edilir ki, son 34 il ərzində keçirilən sorğulara nisbətən bu ilin göstəricilərini dünya üzrə ən pessimist göstəricilər hesab etmək olar.

Sorğu bu il dünya ölkələri üzrə 45 000-dən artıq respondent arasında aparılıb. Etibarlı və yüksək peşəkarlıqla fərqlənən metodologiya, respondentlərin geniş əhatə dairəsi və ümumi obyektivliklə seçilən bu reytinqdə Azərbaycanın yüksək templərlə inkişafı ölkədə aparılan islahatlar və siyasətin əhali tərəfindən yüksək qiymətləndirilməsinə sübutdur.

“Gallup International” araşdırma və sorğu Assosiasiyası 60 ildən artıq bir dövrdə fəaliyyət göstərir və dünyada sosial, siyasi və iqtisadi tədqiqatlar üzrə aparıcı araşdırma qruplarından biridir. “Qlobal Ümid və Ümidsizlik Barometri” hesabatı isə 1977-ci ildən başlayaraq ildə bir dəfə hazırlanır.






26 Dekabr, 2011  16:33 Baxılıb: 1101 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner