Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

İstirahət günləri hava yağıntılı olacaq

Bazar günü hava meteohəssas insanlar üçün əlverişsizdir

İstirahət günlərində ölkə ərazisində buludu, dəyişkən hava şəraiti proqnozlaşdırılıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya və Proqnozlar bürosundan Simsar.az-a verilən məlumata görə, dekabrın 24-də Bakıda və Abşeron yarımadasında gecə və səhər zəif dumanlı, çiskin hava gözlənilir. Gecəyə doğru az yağış yağacağı ehtimalı var, mülayim şimal-şərq küləyi əsəcək. Temperatur gecə 3-6 dərəcə, gündüz 6-11 dərəcə isti müşahidə olunacaq. 

Dekabrın 25-də Bakıda buludu hava şəraiti proqnozlaşdırılır. Səhər və axşam yağış yağacaq, gündüz arabir güclənən şimal küləyi əsəcək. Paytaxtda gecə 3-5 dərəcə, gündüz 5-8 dərəcə isti gözlənilir.

Regionlarda dekabrın 24-də əsasən yağmursuz hava proqnozlaşdırılır. Səhər saatlarında duman, çiskin olacaq, lakin axşam bəzi yerlərdə yağıntılı olacağı gözlənilir. Cənub küləyi əsəcək. Mərkəzi Aranda gecə 0-5 dərəcə, gündüz 5-9 dərəcə isti olacaq. Dağlarda və dağətəyi rayonlarda gecə 0-5 dərəcə şaxta, gündüz 3-7 dərəcə isti müşahidə olunacaq.

Dekabrın 25-də bəzi yerlədə yağıntılı hava gözlənilir. Arabir güclənən qərb küləyi əsəcək. Mərkəzi Aranda gecə 4 dərəcə şaxtadan 2 dərəcəyədək, gündüz 4-8 dərəcə isti proqnozlaşdırılır. Dağlarda və dağətəyi rayonlarda gecə 2-7 dərəcə şaxta, gündüz 1-4 dərəcə isti müşahidə olunacaq.

Dekabrın 24-də Abşeron yarımadasında meteoroloji amillərin zəif və mülayim tərəddüdü meteohəssas insanlar üçün əlverişlidir. Dekabrın 25-də gündüz rütubətli küləkli hava şəraiti bəzi merteohəssas insanlarda diskomfort hissi yarada bilər.






23 Dekabr, 2011  19:00 Baxılıb: 1035 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner