Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Zakir Qaralov sürücüsünü işdən çıxardı

Alış İsmayılov polisə təslim olub

Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov “Media forum” saytına açıqlama verib.

O, Baş Prokurorluğun maddi-texniki təminat şöbəsində mütəxəssis (sürücü) vəzifəsində işləyən İsmayılov Alış Gülüş oğlunun törətdiyi cinayət hadisəsi barədə yayılmış informasiyalara aydınlıq gətirib.

Eldar Sultanov bildirib ki, Alış İsmayılov dekabrın 20-də qızı - 1987-ci ildə anadan olmuş Gilə Sultanzadənin yaşadığı Hövsan qəsəbəsində yerləşən evə gələrək aralarında şəxsi münasibətlərin pozulması zəminində yaranmış mübahisə zamanı bıçaqla vuraraq ona ağır nəticələrə səbəb olmayan xəsarətlər yetirib: “Gilə Sultanzadə 3 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirilib və hazırda onun vəziyyəti qənaətbəxşdir. Alış İsmayılov hadisədən dərhal sonra Suraxanı Rayon Polis İdarəsinə könüllü gələrək törətdiyi cinayət əməli barədə məlumat verərək cinayətdə istifadə etdiyi bıçağı polisə təqdim edib.

Fakta görə Suraxanı Rayon Polis İdarəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci (qəsdən sağlamlığa az ağır zərər vurma) maddəsi ilə cinayət işi başlanıb, Alış İsmayılov şübhəli şəxs qismində tutulub. Dekabrın 22-də Alış İsmayılova həmin maddə ilə ittiham elan olunaraq barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Alış İsmayılov cinayət tərkibi olan ictimai təhlükəli əmələ yol verməsi səbəbindən Baş Prokurorluq üzrə müvafiq əmrlə tutduğu vəzifədən azad olunaraq prokurorluq orqanlarından xaric edilib”.






23 Dekabr, 2011  13:50 Baxılıb: 1416 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner