Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

SİYASİLƏRİN “BAYRAM HAVASI”-EKSKLÜZİV

Biri gözləyir, birinin vaxtı yoxdur, digəri isə “bizlik deyil” deyir

Qarşıdan yeni il gəlir. Sovet quruluşu dağıldığı ərəfədə bu təqvimə münasibət dəyişsə də, indi demək olar ki, böyük əksəriyyət “31 Dekabr Milli Həmrəylik günü”nü və “Yeni il”i təntənəli formada qeyd edir. Digər tərəfdən də hər iki bayram Məhərrəmlik ayına təsadüf edir. Maraqlıdır, siyasilər bayramı necə keçirəcəklər?

AVP sədri Fəzail Ağamalı yeni ili evdə, ailəsi ilə birlikdə qarşılayacaq. Amma onların evində «yolka» qurulmayacaq: «Yolkanı nəvələrim quracaq. Onlar isə bizimlə birlikdə yaşamır».
Məhərrəmlirk ayında bayram keçirilməsinin doğru olub-olmadığına gəlincə, F.Ağamalı hesab edir ki, bu yanaşma tərzindən asılıdır: «Bizim uşaqlıqdan adət etdiyimiz ənənəyə görə, «Aşura» gününə qədər yas saxlanılır. Bundan sonra hər hansı bir tədbiri keçirmək dini əqidəyə zidd deyil. Digər tərəfdən isə bizim evdə içki içilmir, ailə ilə birlikdə toplaşıb bir tikə çörək yemək heç də qəbahət deyil».

ADP sədri Sərdar Cəlaloğlu isə ümumiyyətlə yeni ili qeyd etməyəcək: «Biz bu bayrama hazırlaşmırıq. O vaxtdan sovet qurluşuna protest olaraq, bu quruluşa xas olan bütün bayramları da ləğv etmişik. Bu xristian dininə mənsub bir təqvimdir. Doğrudur, 31 dekabr həm də Dünya Azərbaycanlılarının Həmrəylik Günü kimi qeyd olunur, amma təəssüf ki, bu gün bunu da qeyd etmək mümkün deyil».

Azərbaycan Naminə İctimai Forumun rəhbəri Eldar Namazovun isə bayram haqqında fikirləşməyə hələ vaxtı olmayıb: «Dekabrın 29-da “Ziyalılar forumu” keçiriləcək. Çalışırıq ki, bu tədbirimizi vaxtında və keyfiyyətli təşkil edək. Bütün diqqətimizi buna yönəltmişik». Məhərrəmlik ayında bayram gününü qeyd etməyə gəlincə, E.Namazovun fikrincə, hər kəs öz istəyinə uyğun hərəkət etməlidir: «Azərbaycan dünyəvi dövlətdir. Ölkədə əhalinin əksəriyyəti islam dininə mənsub insanlardan ibarətdir. Həmçinin biz, çox tolerant xalqıq. Digər xalqlarda olan maraqlı və faydalı təcrübələri tədbiq etməyi xoşlayırıq. Qanun Azərbaycan vətəndaşlarının sərbəst olmağına yol verir. Kim necə istəyir, o cür də keçirsin».

Xatirə






21 Dekabr, 2011  21:13 Baxılıb: 2158 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner