Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

HİV peyvəndi ilk dəfə insanlar üzərində istifadə olunacaq

Amerikanın dövlət qurumu həkimlərə icazə verdi

Alimlərin üzərində çalışdığı AİDS peyvəndi xəstələr üçün yeni ümid işığı yaradıb.

Simsar.az-ın məlumatına görə, Amerikanın qida və dərman qurumu (FDA) həkimlərə HIV peyvəndinin insanlar üzərində sınamağa icazə verib.

Professor Çil-Yonq Kanq qeyd edib ki, peyvəndin insanlar üzərində sınanması qərarı onun üçün göydəndüşmə oldu: “Bu həyatımın ən xoşbəxt anıdır. Bu qərar milyonlarla insanın həyatını qurtarma səylərimizi daha da artırır”.

"Sumagen" dərman firmasının maliyyə dəstəyi ilə aparılan araşdırma nəticəsində ortaya çıxan və "SAV001" adı verilən peyvənd üzərində bundan sonra 3 mərhələdə araşdırmalar aparılacaq. .

Birinci mərhələdə peyvənd HIV virusu daşıyan 30 xəstə üzərində sınanılacaq. Peyvəndin ikinci mərhələsində isə AIDS xəstəsi olmayan ancaq tutulma riski yüksək 600 adam testə alınacaq. Onların immunitet sisteminin reaksiyaları təyin olunacaq. Peyvənd testinin son mərhələsində isə yenə xəstəliyə tutulma riski yüksək 6 min adam aşkar edilərək sınaqdan keçiriləcək.

Sonda FDA nəticələri araşdırandan sonra qərar verəcək.






21 Dekabr, 2011  19:54 Baxılıb: 1282 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner