Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Bakıda hərarət 14 dərəcəyədək yüksələcək

Ekologiya və Təbii Sərvətlər Nazirliyi bu günə olan hava proqnozunu açıqlayıb

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən Simsar.az-a verilən məlumata görə, dekabrın 21-də Bakıda və Abşeron yarımadasında buludlu hava şəraitinin üstünlük təşkil edəcəyi, bəzi yerlərdə duman, səhər az çiskin olacağı, günün ikinci yarısında dəyişkən buludlu, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim cənub-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 5-8 dərəcə isti, gündüz 9-14 dərəcə isti təşkil edəcək. 

Azərbaycanın rayonlarında dekabrın 21-də hava şəraiti əsasən yağmursuz keçəcək, gecə və səhər bəzi yerlərdə duman və çiskin olacaq. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturu gecə 0-5 dərəcə isti, gündüz 8-13 dərəcə isti, dağlarda gecə 0-5 dərəcə şaxta, gündüz 7-12 dərəcə isti təşkil edəcək. Yüksək dağlıq ərazilərdə havanın minimal temperaturunun 3-8 dərəcə şaxta olacağı gözlənilir.

Milli Hidrometeorologiya Departamenti hava şəraitinin qısa icmalını da açıqlayıb. Yaxın 2 gündə hava şəraitində mühüm dəyişiklik gözlənilmir. Bəzi yerlərdə duman, səhər saatlarında az çiskinli olacaq. Mülayim cənub küləyinin dekabrın 22-də şimal küləyi ilə əvəz olunacağı, maksimal temperaturun 9-14 dərəcə isti təşkil edəcəyi gözənilir.






21 Dekabr, 2011  04:18 Baxılıb: 1005 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner