Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Ağızdakı yaralar xərçəngin əlaməti ola bilər

Bundan qorunmaq üçün diş həkiminə tez-tez müraciət etmək lazımdır

Ağızın içindəki yara xərçəng xəstəliyinin əlaməti ola bilər. Türkiyədəki Süleyman Dəmirəl Universitetinin alimləri bu nəticəyə gəliblər.

Simsar.az türk mətbuatına istinadən xəbər verir ki, Universitetin Diş Həkimliyi Fakültəsinin müəllimi doktor Nurgül Kömərik ağız xərçənginin yaranmasına əsas səbəb siqaret və spirtli içkilər olduğunu bildirib.

Ağızdıkı hər bir yaranın xərçəng olmadığını qeyd edən N.Kömərik xəstəliyin əlamətlərini sadalayıb. O deyib ki, xəstəlik ağızın içində sağalmayan qırmızı və ya ağ ləkənin yaranması formasında özünü biruzə verir. İlk vaxtlarda ağrı hissi olmur, sonra isə ağızda, o cümlədən də boğazda problemlər yaranır. Xüsusilə 45 yaşından yuxarı şəxslərin bu xəstəliyə tutlma riski var. Xəstəlik qadınlara nisbətən kişilərdə daha çox təsadüf edilir. Amma ağız xərçəngi çox yayılmış xəstəliklərə aid edilmir. Hər 100 xərçəngdən yalnız ikisi ağızda yarana bilər.

Bu cür xəstələrin yaşama müddəti 5 il sürür. N.Kömərik bildirib ki, bu xəstəlikdən qorunmaq üçün mütəmadi olaraq diş həkiminə müraciət edilməli, siqaret və spirtli içkilərdən imtina edilməlidir.

Xatirə







20 Dekabr, 2011  19:33 Baxılıb: 1752 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner