Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Dəbilqə və zirehli gödəkçəni Azərbaycan özü istehsal edəcək

Xammal İordaniyadan gətiriləcək

Azərbaycan Müdafiə Sənayesi Nazirliyinin (MSN) «Radioquraşdırma» zavodu gələn ilin əvvəlindən İordaniyanın «NP Aerospace Jordan» şirkətinin lisenziyası əsasında dəbilqə və zirehli gödəkcələrin istehsalına başlayacaq.

 Bu barədə Simsar.az-a MSN-dən məlumat verilib.

İstehsal prosesinə 2012-ci ilin ilk rübündə start verilməsi gözlənilir. MSN və İordaniyanın Kral II Abdullahın Layihə Bürosu (KADDB) arasında 2010-cu ilin may ayında imzalanmış saziş çərçivəsində artıq «Radioquraşdırma» zavodunun tələb olunan xammalla təchizatına dair müqavilə imzalanıb. İstehsalçı heyətə həm İordaniyada - «NP Aerospace Jordan» şirkətinin müəssisəsində, həm də Azərbaycanda müvafiq treninqlər keçirilib. Eyni zamanda zavodda istehsal sahəsi hazırlanıb və ilk məhsulların nümunələri buraxılaraq testlərdən keçirilib.

Müqaviləyə əsasən, İordaniya şirkəti «Radioquraşdırma» zavodunu 15 min dəbilqə üçün kompozit material, 12 min zirehli gödəkcə üçün keramik plitə ilə təmin edəcək.






20 Dekabr, 2011  17:00 Baxılıb: 1100 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner