Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

“Aztelekom"dan tikinti ilə bağlı sərt xəbərdarlıq

İstehsalat Birliyi beynəlxalq və şəhərlərarası rabitə xətlərinin keçdiyi ərazilərdə özbaşına işin aparılmasını qadağan edib

Regionlarda aparılan təmir-tikinti və qazıntı işləri zamanı regional və yerli əhəmiyyətli optik kabellərin zədələməsi problemlər yaradır. Rabitə və İnformasiya Texnologiyaları Simsar.az-ın məlumatına görə, bununla bağlı, "Aztelekom" İstehsalat Birliyi beynəlxalq və şəhərlərarası rabitə xətlərinin keçdiyi ərazilərdə özbaşına hər hansı işin aparılmasını qadağan edib. Qərar qəza vəziyyətinin qarşısının alınması üçün qəbul edilib və həm hüquqi, həm də fiziki şəxslərə aiddir. Operatorun kabel xətlərinin keçdiyi ərazilərdə işlərin aparılmasına görə “Aztelekom” magistral kabellərinin texniki qovşaqlarından və yazılı müraciətdən sonra yerli icra hakimiyyəti orqanlarından rəsmi icazə almaq lazımdır. Təhlükəsizlik qaydalarını pozan hüquqi və fiziki şəxslər inzibati və cinayət məsuliyyətinə cəlb ediləcək.


Qeyd edək ki, yazılı müraciətlər “Aztelekom” İB-nin Kabel Magistrallarının Texniki Qovşağının Bakıda, eləcə də Sahil qəsəbəsində, Xırdalan, Şamaxı, Göyçay, Siyəzən, Bərdə, Lənkəran, Sabirabad, Beyləqan, Qazax, Salyan, Quba, Şəki, Zaqatala, Qəbələ, Şəmkir, Ucar, Kürdəmir, Gəncə və Göygöl şəhərlərində yerləşən rayon bölmələrində qəbul edilir.






19 Dekabr, 2011  19:21 Baxılıb: 1157 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner