Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

DOKTORANTURAYA QƏBUL İMTAHANLARININ NƏTİCƏLƏRİ AÇIQLANIB

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Nazirlər Kabineti qarşısında fəlsəfə doktoru proqramı üzrə doktoranturaya qəbul imtahanlarının nəticələri açıqlayıb

AMEA-nın Rəyasət Heyətinin elmi katibi Sərxan Abbasoğlu deyib ki, Nazirlər Kabinetinin (NK) bu ilin martın 7-də verdiyi qərarla 2011-ci il üçün AMEA-ya fəlsəfə doktoru proqramı üzrə 174 nəfər əyani, 29 nəfər qiyabi olmaqla, 215 yer ayrılıb.

Bu yerlər üzrə 478 nəfər ərizə verib. Onlardan 317 nəfəri ali təhsil müəssisələrini fərqlənmə diplomu ilə bitirən gənclər olub. Ərizələr müvafiq komissiyalar tərəfindən ekspertizadan keçirildikdən sonra qəbul imtahanlarına 460 nəfər buraxılıb.

Onlardan 317-si oktyabr-noyabr aylarında keçirilən imtahanlarda uğurla başa çatdırıb. Həmin şəxslərin 123 nəfəri ən yüksək nəticə olan 15 bal, 83 nəfəri isə 14 bal toplayıb.

AMEA-nın elmi müəssisələrinin Elmi şuralarında ilkin müzakirələrdən sonra plandan əlavə 97 nəfərin kənarda qaldığı məlum olub. Onlardan 56 nəfəri 15 və 14 bal, 21 nəfəri 13 bal, digərləri isə aşağı bal toplayanlardır.

Abbasoğlu deyib ki, müəyyən prioritet sahələr üzrə elmi inkişaf etdirmək və həmin sahələr üzrə yüksək səviyyəli kadrlar hazırlamaq, eyni zamanda, son iki 2 ildə yüksək səviyyəli kadr hazırlığı sahəsində fasilənin yarandığını nəzərə alaraq, AMEA 2011-ci il üçün fəlsəfə doktoru hazırlığı üzrə əlavə 50 plan yerinin ayrılması barədə NK-ya müraciət etməyə hazırlaşır.

Bu il Azərbaycanda doktoranturaya qəbul ilk dəfə keçirilib. AMEA-nın elmi təşkilat və müəssisələrində olan 215 plan yerinə 478 nəfər sənəd verib.

Azərbaycanda fəlsəfə proqramı üzrə doktoranturaya qəbul imtahanları oktyabr-noyabr aylarında keçirilib.

Azərbaycan Nazirlər Kabinetinin 1 iyul 2010-cu il tarixli qərarına uyğun olaraq, fəlsəfə doktoru proqramı üzrə doktoranturaya ali təhsili olan (ali təhsil pilləsinin magistratura səviyyəsini bitirən, yaxud təhsili ona bərabər tutulan, tibbi təhsildə isə həkim və həkim-mütəxəssis) Azərbaycan vətəndaşları müsabiqə əsasında qəbul oluna bilərlər.

Elmlər doktoru proqramı üzrə doktoranturaya seçdikləri sahədə elmi və ya elmi-pedaqoji nailiyyəti olan, fundamental tədqiqatları yüksək səviyyədə aparmağa qadir və "Fəlsəfə doktoru" (elmlər namizədi) elmi (alimlik) dərəcəsi olan Azərbaycan vətəndaşları qəbul ediləcəklər.






16 Dekabr, 2011  23:12 Baxılıb: 1198 Çap

Bu bölmədə


XƏBƏR LENTİ

26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15

sagbanner