Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Fəlakət qurbanlarına 19 milyon manat verilib

Kəmaləddin Heydərov hesabatla çıxış edib

2010-cu ilin aprel-may aylarında Azərbaycanda Kür və Araz çaylarının daşması nəticəsində zərər çəkmiş rayonlarda ümumilikdə yaşayış sahəsi 286 min 274 kvadrat metr olan 2974 ədəd fərdi yaşayış evi tikilərək istifadəyə verilib.

APA-nın xəbərinə görə, bu barədə fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov bildirib.

Nazir deyib ki, hazırda 138 evin tikintisi davam etdirilir. Nəzərdə tutulan sosial obyektlər, o cümlədən 1130 şagird yerlik 6 məktəb binası, 150 yerlik 3 uşaq bağçası, 6 tibb məntəqəsi, 1 kitabxana, 274 yerlik 2 klub, 500 kvadratmetrlik su hovuzu, 250 kubmetrlik su anbarı və s. obyektlər tikilib istifadəyə verilib.

Ümumilikdə, Kür və Araz çaylarında baş vermiş daşqınlarla əlaqədar ziyan çəkmiş 26 min 709 ailəyə 19 milyon 9 min manat yardım ödənilib.






16 Dekabr, 2011  18:09 Baxılıb: 1104 Çap

Bu bölmədə


XƏBƏR LENTİ

26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15

sagbanner