Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

MƏHKƏMƏ ABİD ŞƏRİFOVUN ƏLEYHİNƏ QƏRAR ÇIXARDI

Dövlət Komissiyasından tezlik resurslarının siyahısını açıqlanması tələb olundu 

Azərbaycanda televiziya və radio yayımı məqsədilə ayrılan, ancaq hazırda istifadəsiz saxlanan nə qədər tezlik resursu var? Əgər Radiotezliklər üzrə Dövlət Komissiyası 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin qətnaməsini icra edərsə, uzun müddətdən bəri qapalı tutulan bu bilgilər gün işığına çıxacaq. Məhkəmə sözügedən qətnaməni Media Hüququ İnstitutunun hüquqçusu Xalid Ağaliyevin iddiası əsasında bu gün qəbul edib.

Teleradio yayımı məqsədilə ayrılan tezlik resurslarına aid bilgilərin əldə edilməsi ilə bağlı araşdırma Media Hüququ İnstitutunun (MHİ) “Məhkəmə çəkişmələriylə hökumətin hesabatlılığını inkişaf etdirmək” təşəbbüsü çərçivəsində aparılır. “İnformasiya əldə etmək haqqında” Qanuna görə, tezlik resursları bilgiləri də açıq bilgi sayılır. Tezliklərin siyahısı ildə ən azı bir dəfə topluma açıqlanmalıdır. Ancaq bu siyahı indiyə kimi heç vaxt elan edilməyib. Bu araşdırmanın məqsədi də diqqəti ictimai resurs olan tezliklər barədə bilgilərin açıqlığına yönəltmək və belə bilgilərin açıq tutulub-tutulmadığını araşdırmaq olub.

X.Ağaliyev bu məqsədlə 2011-ci ilin mayında Azərbaycan Respublikasının Radiotezliklər üzrə Dövlət Komissiyasının sədri Cənab Abid Şərifova bilgi sorğusu ilə müraciət edib. Sorğuçu Azərbaycanda teleradio yayımı məqsədilə ayrılan, ancaq boş olan tezliklərin siyahısının ona təqdim olunmasını xahiş edib. Komissiya bilgi sorğusunu cavablandırmadığından sorğuçu 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsində iddia qaldırıb. İddiaçı xahiş edib ki, məhkəmə komissiyanın üzərinə sorğuya cavab vermək vəzifəsi qoyan qərar qəbul etsin.

Məhkəmə bu gün hakim Museyib Bayramovun sədrliyi ilə iddiaya baxaraq onu təmin edib. Qərara əsasən, Komissiya Azərbaycan Respublikasında televiziya və radio yayımı üçün nəzərdə tutulan, ancaq boş olan resursların siyahısını Xalid Ağaliyevə təqdim etməlidir.






15 Dekabr, 2011  18:31 Baxılıb: 1208 Çap

Bu bölmədə


XƏBƏR LENTİ

26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15

sagbanner