Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

“Bu, ifadə azadlığına ciddi təhlükədir”

Media Hüquq İnstitutu məlumat yayıb 

Media Hüququ İnstitutu (MHQ) Milli Məclisin dini ədəbiyyatı, əşyaları və dini məzmunlu digər informasiya materiallarını istehsal etmək, satmaq, yaymaq məqsədilə, həmçinin ölkəyə gətirilməsinə görə ağır cinayət cəzaları müəyyən etməsini, ölkədə ifadə azadlıqına ciddi təhlükə kimi qiymətləndirib.

Bu barədə MHQ-dan simsar.az-a daxil olan məlumatda bildirilir ki, belə qaydalar ifadə azadlığı ilə bağlı Konstitusiyanın tələbləri və Avropa İnsan Haqları Konvensiyasının 10-cu maddəsində təmin edilən ifadə azadlığı haqları ilə ziddiyyət təşkil edir: “Azərbaycanda qanunlar “dini təyinatlı ədəbiyyatı, əşyaları və dini məzmunlu başqa məlumat materiallarını” ölkəyə gətirmək, çap etmək, satmaq və ya yaymaq üçün hökumətdən öncədən icazə almağı tələb edir. Hər hansı ədəbiyyatı və ya məlumatı çap etmək və yaymaq üçün öncədən razılığın tələb olunması senzura anlamına gəlir və ifadə azadlığı hüququnun pozulmasıdır”.

Məlumatda, deyilir ki, hər hansı ifadə (istər kitabda, istər filmdə, istər qəzetdə və s. olsun) yalnız dövlət təhlükəsizliyi və dövlətin ərazi bütövlüyü mənafeləri üçün, sağlamlığın, mənəviyyatın, şəxslərin hüquq və azadlıqlarının qorunması, cinayətin, iğtişaşların qarşısının alınması, ictimai təhlükəsizliyin qorunması, ictimai qaydanın təmin edilməsi, mәxfi qaydada əldə edilmiş məlumatın açıqlanmasının qarşısını alınmaq və ya məhkəmənin nüfuzunu, qərəzsizliyini təmin etmək məqsədilə məhdudlaşdırıla bilər. “D0ini təyinatlı ədəbiyyat”, “dini məzmunlu əşyalar” yaxud “dini məzmunlu başqa məlumat materialları” kimi aydın olmayan ifadələrin işlədilməsi qanunun keyfiyyəti və onun tətbiqinin qanuniliyi ilə bağlı suallar doğurur: “Qanun adi sağlam düşüncəli insanın anlayacağı, öz davranışlarını ona uyğunlaşdıra biləcəyi dəqiqlikdə olmalıdır”.

MHQ qanunu, eləcə də dini ədəbiyyatla bağlı ön senzuranı nəzərdə tutan yanlış qanunvericiliyi tez zamanda aradan qaldırmağı, bu sahədəki qərarları Azərbaycan Konstitusiyasına, İnsan hüquq və azadlıqlarının tənzimlənməsi haqqında konstitusiya qanununa və Avropa Konvensiyasının 10-cu maddəsinə uyğunlaşdırmağı tövsiyyə edir.

Qeyd edək ki, Milli Məclisin Cinayət Məcəlləsinə əlavə etdiyi 167.2-ci maddəyə görə, dini təyinatlı ədəbiyyatı, əşyaları və dini məzmunlu başqa məlumat materiallarını yayan şəxsləri 5000 manatdan 7000 manatadək cərimə və ya 2 il müddətinədək azadlıqdan məhrumetmə cəzası gözləyir. Qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə və ya vəzifəli şəxs belə hərəkətləri etdikdə, eləcə də hər hansı şəxs bunu təkrar etdikdə 7000 manatdan 9000 manatadək cərimə və ya 2 ildən 5 ilədək həbs cəzası ala bilər.

Arifə Mikayılova






15 Dekabr, 2011  17:27 Baxılıb: 997 Çap

Bu bölmədə


XƏBƏR LENTİ

26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15

sagbanner