Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Bizə “surroqat ana” lazımdırmı?

Millət vəkili "hə" deyir, amma...

  ““Surroqat ana” bu gün Azərbaycanda vaxtı yetişməmiş məsələdir. Ona görə də bu müddəa “Ailə planlaşdırılması və reproduktiv sağlamlıq haqqında” qanun layihəsindən çıxarıldı. Amma bəlkə 5, ya 10 ildən sonra biz bu məsələyə yenidən qayıdacaq və o müddəanı qəbul edəcəyik”. Bunu Simsar.az-a açıqlamasında Milli Məclisin Sosial Siyasət Komitəsinin sədr müavini Musa Quliyev bildirib. 

Musa Quliyevin sözlərinə görə, “surroqat ana” məsələsinin müsbət tərəfləri ilə yanaşı problemli tərəfləri də var: “Kimsə dünyaya öz genindən olan uşaq gətirmək istəyirsə, bunu başqa ölkədə mütləq edəcək. Bəzi ölkələr öz qanunvericiliyində buna icazə verir. Azərbaycanda ildə təxminən 10-30 nəfər bu işi başqa ölkələrdə görür. Amma buna öz qanunumuzda icazə versək, həmin 30 nəfər ölkədən kənara getməz, o pulları da öz dövlətində xərcləyər. Bu, işin müsbət tərəfidir. Məsələnin olduqca ciddi hüquqi, bioloji və mənəvi problemləri də var. Onların da heç birinin demək olar ki həlli yoxdur. Amerikada surroqat analıqla bağlı təxminən 5-6 min məhkəmə prosesi gedir, hamısı da açıq qalıb. Ona görə də bu gün Azərbaycanda “surroqat ana” məsələsi gündəmdə deyil”.

Sədr müavini “surroqat ana” və ya süni mayalanma ilə bağlı məsələni adət-ənənə, milli mentalitetlə əlaqələndirməyi düzgün hesab etmir. Onun fikrincə, bu, sadəcə ailə işidir: “Bu problem o qədər də böyük miqyasda deyil ki, Azərbaycanın milli mentalitetinə təsir etsin. Bəlkə də 100 min insandan birinin surroqat anaya ehtiyacı ola, ya olmaya, yaxud buna razılıq verə. Bunu milli mentalitetə bağlamaq lazım deyil. Bu, sırf tibbin və hüququn problemidir. Tibbi tərəfi çözülsə də, hüquqi tərəfi çözülməyən bir problemdir. O səbəbdən də müvafiq müddəa qanun layihəsindən çıxarıldı. Amma bəlkə 5, 10 ildən sonra biz bu məsələyə yenidən qayıdacaq və o müddəanı qəbul edəcəyik. Bu gün isə real deyil”.

Musa Quliyev qeyd edib ki, “Ailə planlaşdırılması və reproduktiv sağlamlıq haqqında” qanun layihəsinə yaz sessiyasında yenidən baxılacaq.






15 Dekabr, 2011  17:08 Baxılıb: 1192 Çap

Bu bölmədə


XƏBƏR LENTİ

26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15

sagbanner