Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

TÜSTÜ BACALARINI KİM TƏMİZLƏMƏLİDİR?

Dəm qazından zəhərlənmələrin 90 faizi məhz bacaların tutulmasından doğur

Son günlər ölkədə dəm qazından zəhərlənərək dünyasını dəyişənelərin sayının çoxalması rəsmiləri də dilə gətirib. Dövlət Neft Şirkətinin (ARDNŞ) prezidenti Rövnəq Abdullayev jurnalistlərə açıqlamasında son vaxtlar dəm qazından zəhərlənmə faktlarının artmasından narahatlığını bildirib və qeyd edib ki, belə halların aradan qaldırılması rəhbəri olduğu qurumun səlahiyyətində deyil.


Günah abonentlərdədi

Onun sözlərinə görə, binalarda havalandırma sistemlərinin işləməməsi dəm qazından zəhərlənmə hallarının baş verməsinə səbəb olur.
"Binaların ventilyasiya sisteminin təmizlənməsi ARDNŞ-in səlahiyyətində deyil. Bu işdə abonentlər tədbirlər görməli, mənzil-istismar idarələrinə və müvafiq qurumlara vaxtında müraciət etməlidirlər", - Abdullayev vurğulayıb.

R.Abdullayevin ventilyasiya adlandırdığı sistem el dilində tüstü bacası adlandırılır. Tüstü bacalar illərlə təmizlənmədikdə yanan qazın tərkibindəki oksidlər bacanın divarlarına yapışır, bərkiyir. Və getdikcə bacanın ölçüsü kiçilir, keçiricilik qabiliyyəti aşağı düşür.
Amma bu bacaların kim tərəfindən təmizlənməsi məsələsi illərdi mübahisə mbvzusu olaraq qalır.

Bacaya MİS-lər baxsa da…

Bəzi ekspertlər bildirirlər ki, qazı verən qurum zəhmət çəkib onun təhlükəsizliyinə də sahib çıxmalıdılar.
Azəriqaz İstahsalat birliyində isə qeyd edirlər ki, məsələ ilə Mənzil İstismar Sahələri məşğul olmalıdır. Həmçinin tüstü bacalarının tutulması təhlükəli vəziyyət yaratdığından Fövqəladə Hallar Nazirliyinin müvafiq idarələri də məsuliyyətli olmalıdılar. «Vətəndaşlar öz tüstü bacalarını təmizləməlidilər» kimi açıqlamalara da rast gəlinir.

«Tüstü bacalarını təmizləyəcək şəxs hansı qurumun əməkdaşı olmalıdır» sualına aydınlıq gətirmək üçün müraciət etdiyimiz sosial məsələlər üzrə ekspert İlqar Hüseynli birmənalı şəkildə bildirdi ki, tüstü bacalarının təmizliyilə MİS-lər məşğul olmalıdılar: «Amma MİS-lər bu gün özlərini çox tənbəl dövlət qurumu kimi aparırlar. Bunun qayğısızlıqdan, məsuliyyətsizlikdən, tələbkarlığın olmamasından doğduğunu deyə bilmərəm. Amma onu bilirəm ki, MİS-lər üzərlərinə düşən vəzifələrin öhdəsindən gəlmirlər. Bakıda yaşayış binaların hamısı MİS-lərin balansındadır. Kommunal məsələlərlə bu qurum məşğul olmalıdır.
Sovet dövründə tikilən binaların bacaları təmizlənmir. Halbu ki, qonşu Rusiyada hər il yayda binaların bacaları təmizlənilir. Yayda qışa hazırlıq görülməlidir. Bizdə isə qışda belə qışa hazırlıq görmürlər.

“Biz cavabdeh deyilik”

“Azəriqaz” İstehsalat Birliyindən isə bildirirlər ki, tüstü bacalarının təmizlənməsilə istehlakçılar özləri məşğul olmalıdılar: «Fərdi mənzil sahibləri özləri bacalarının təmizliyilə məşğul olmalıdılar. Biz qazın verilməsinə, keyfiyyətə və xidmətə cavabdehik. Qalan məsələlərə biz cavabdeh deyilik».

Azərbaycan Respublikası Yanğın Texniki İstehsalat Mərkəzinin baş direktoru Aydın Nağıyev isə bildirib ki,
hazırda Bakı şəhərindəki binaların yalnız 5-10%-nin tüstü bacası normal vəziyyətdədir, qalan binaların bacaları tutuludur və bu, həmin binalarda yaşayanlar üçün təhlükə mənbəyidir.

A.Nağıyevin sözlərinə görə, bəzi binalarda hətta sakinlər istəsələr belə onun bacalarını təmizləmək mümkün deyil, səbəbi isə şaxtalardan su borularının çəkilməsidir.

A.Nağıyev qeyd edib ki, bina sakinlərinin bir hissəsi binanın damına su çənləri və s. yerləşdirir ki, bunların boruları da məhz şaxtalardan aparılır: «5 və 9 mərtəbəli binaların demək olar ki, hamısında belə problemlər var. Nəticədə, bacalar tutulur».

A.Nağıyev bildirib ki, belə bacaları təmizləmək ümumiyyətlə mümkün deyil: «Hətta sifariş olsa da, belə bacaları təmizləmək mümkün deyil. Yeganə çıxış yolu bu boruların kəsilib çıxarılmasıdır».

“Xüsusi qanun hazırlanmalıdır”

Vəziyyətdən çıxış yollarından biri kimi Mərkəz direktoru bu barədə xüsusi qanunun hazırlanmasını və damların üstünün təmizlənməsini təklif edir: «Damların üstü çənlər və su borularından təmizlənməlidir. Başqa yol yoxdur».

Mərkəz rəhbərinin sözlərinə görə, belə vəziyyətin yaranmasının günahkarlarından biri də yerli Mənzil İstismar Sahələridir: «Ən yaxşı çıxış yolu odur ki, binanın yerləşdiyi ərazinin MİS-in rəisi və ya baş mühəndisi heç olmasa 1 dəfə damın üstü barədə xəbər tutsun».

Ruslan XƏLİL






14 Dekabr, 2011  18:32 Baxılıb: 2835 Çap

Bu bölmədə


XƏBƏR LENTİ

26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15

sagbanner