Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Üç günə cavanlaşmaq mümkündür

Kofein, şəkər, alkoqol və duzla yanaşı, taxıl məhsullarından da imtina etmək lazım gəlir

Amerikalı dermatoloq Nikolas Perrikone cəmi üç gün ərzində dərinin vəziyyətini yaxşılaşdırmağı vəd edən pəhriz hazırlayıb. Onun sözlərinə görə, effekt üzün dartılması ilə müqayisə oluna bilər. Simsar.az-ın məlumatına görə, bu barədə "The Daily Mail" yazır. Xüsusi qida rasionu dərini səpmələrdən təmizləyir, onu dartaraq parlaq edir.

Belə yanaşmanın əsasında Perrikonenin şəkərin, duzun, alkoqolun və kofenin dərinin iltihabına təhrik etməsi barədə inamı durur. Bu isə artıq qocalma prosesini işə salır. Ona görə də həmin məhsulları müvafiq olaraq pəhrizdən çıxarmaq, onları dəriyə müsbət təsir edən məhsullarla əvəz etmək lazımdır. Onların sırasına tərkibində zəngin yağ turşuları omeqa-3 və antioksidantlar olan məhsullar daxildir. Bu birləşmələr dərinin hüceyrə qişasını müdafiə edir, onlara suyu saxlamaqda kömək edir. Həmçinin, çoxlu su içmək tövsiyə olunur.

Beləliklə, üç gün ərzində sizə əsasən somğa balığı, yaşıl tərəvəz, giləmeyvə və qoz yemək təklif olunur. Kofein, şəkər, alkoqol və duzla yanaşı, taxıl məhsullarından da imtina etmək lazım gəlir. Birinci günü üç yumurtanın omleti, somğa filesindən, bir ovuc cır mərsindən hazırlanmış sıyığla başlamaq lazımdır. Nahara yenə balıq, salat və giləmeyvə tələb olunur. Artıq şamda yeməyə bir qədər də tərəvəz əlavə olunur. Doğrudur, bu zaman bir tikə balqabaq (dərini rütubətləndirir) və yunan qozu yeməyə də icazə verilir.

İkinci gün birinci gündən çox da fərqlənmir. Üçüncü gün insan çəkisinin azaldığını hiss edir. Kofein və duzdan imtina şişkinlikdən xilas olmağa imkan verir. Bəzi mütəxəssislərin fikrincə, real olaraq hansısa dəyişikliyi görmək üçün bu pəhrizi altı həftəyə qədər saxlamaq lazımdır.






12 Dekabr, 2011  20:25 Baxılıb: 2817 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


sagbanner