Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Gülüstan qalasında qiymətli tapıntı

Orta əsrlərə aid yazılı mənbə üzərində araşdırmalar aparılır 

Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutu Şamaxı rayonundakı orta əsrlərə aid Gülüstan Qalasında aparılan arxeoloji qazıntılar zamanı maraqlı tapıntı əldə edib.

İnstitutun Şamaxı-Ağsu Ekspedisiyasının rəisi Akif Quliyev bazar ertəsi Simsar.az-a bildirib ki, qalada Rusiyanın Sank Peterburqdakı Dövlət Ermitaj muzeyində saxlanılan Pir Hüseyn Xanəgahından olan kaşıların bənzəri aşkarlanıb.

Gülüstan Qalasında aparılan arxeoloji qazıntılar zamanı qazıntı sahəsinin 3-cü kvadratından tapılmış kaşı formasına və hazırlanmasına görə Hacıqabul rayonunda yerləşən Pirsaatçay üzərindəki Pir Hüseyn Xanəgahının kaşıları ilə eynilik təşkil edir.

Quliyevin sözlərinə görə, Pir Hüseyn Xanəgahının 500-ə yaxın müxtəlif forma və bəzəkləri olan kaşıları var. XIII əsrdə Pir Hüseyn Rəvvanın məqbərisində, türbənin içərisindəki qəbir sənduqəsinin üzərini örtən kaşılar olduqca qiymətli sənət əsəri hesab olunur.

"Akademik Bartold və Dorn bir zamanlar Pir Hüseyn Xanəgahında olarkən onun içərisində olan bu kaşıların gözəlliklərinə heyran qalıblar. Bu zamandan da kaşıların Azərbaycandan daşınılmasına başlanılıb. Artıq 1907-ci idə çəkilmiş fotolardan aydın görülür ki, bu kaşılar vəhşiliklə qopardılaraq aparılıb. Kaşılar Moskva, Peterburq, Tiflis şəhərlərinə aparılırdı. Lakin bir müddət sonra bu kaşılar Parisdə satılmağa başlanır. Bu zamandan Xanəgahda bu kaşılardan əsər əlamət qalmır. Bu gün Pir Hüseyn Xanəgahından olan bu kaşıların bir qismi Sank Peterburqda Ermitaj muzeyində saxlanılır", - Quliyev əlavə edib.

O qeyd edib ki, yeni tapıntıdan sonra Gülüstan Qalasında da Pir Hüseyn Xanəgahı kimi bəzədilmiş məqbərənin olduğu güman edilir. Lakin bu, gələn il Gülüstan Qalasında aparılan arxeoloji qazıntılardan sonra daha dəqiq məlum olacaq.






12 Dekabr, 2011  19:47 Baxılıb: 1020 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


sagbanner