Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Şəxsiyyət vəsiqəsi neçə günə verilməlidir?

Hər rayon qeydiyyat və şəxsiyyət vəsiqəsi şöbəsində qaydalar ayrı cürdür

Şəxsiyyət vəsiqəsinin dəyişdirilməsilə ilə əlaqədar Xətai Rayon Polis İdarəsinin qeydiyyat və şəxsiyyət şöbəsinə müraciət edən Bakı sakini Aytən Həmidovaya bildirilib ki, yeni şəxsiyyət vəsiqəsini yalnız 1 ay sonra ala biləcək. Aytən ona şəxsiyyət vəsiqəsinin təcili lazım olduğunu və yeni qanuna görə bunun 3 gün müddətinə verilməli olduğunu desə də, bildirilib ki, belə bir qanun hələ ki, qəbul edilməyib.

Xatırladaq ki, bu ilin sentyabr ayında Azərbaycanda şəxsiyyət vəsiqəsinin alınmasına görə dövlət rüsumu artırıldı. Belə ki, "Dövlət rüsumu haqqında" qanuna edilən dəyişikliyə görə, şəxsiyyət vəsiqəsi üç iş günü müddətində verildikdə, 10 manat rüsum ödənilir. 1 həftə ərzində almaq istəyənlər 1 manat ödəməlidirlər. Qanuna edilmiş digər dəyişiklliyə əsasən, 16 yaşına çatmamış Azərbaycan vətəndaşlarına şəxsiyyət vəsiqəsi verilərkən, dövlət rüsumundan azad olunurlar.

Bundan əvvəl qüvvədə olan qanuna görə isə, şəxsiyyət vəsiqəsi üç iş günü müddətində verildikdə 5, üç iş günündən sonrakı müddətdə verildikdə isə 1 manat dövlət rüsumu alınmalı idi.

Binəqədi rayon sakini Qənirə Məmmədova da bu qanunun qəbul olunmasından bir qədər əvvəl, avqust ayında yaşa görə şəxsiyyət vəsiqəsi dəyişən zaman böyük çətinliklə üzləşib. O, bankların birindən kredit götürmək istəyərkən, məlum olub ki, onun şəxsiyyət vəsiqəsinin vaxtı ötüb, ya yeni şəxsiyyət vəsiqəsi, yaxud da, müvəqqəti şəxsiyyət vəsiqəsi almalıdır. Beləliklə, tələb olunan sənədlərlə birlikdə Binəqədi Rayon Polsi İdarəsinin Qeydiyyat və şəxsiyyət şöbəsinə gedir və sənədləri verir. Ona da, eynilə, sənədi yalnız 1 aydan sonra ala biləcəyini bildirirlər. Bunun səbəbini də, müraciətlərin çoxluğu ilə izah edirlər. Müvəqqəti vəsiqəni isə yalnız 1 həftədən sonra ala biləcəyini deyirlər. Uzun mübahisədən sonra Qənirə xanım, şöbə işçilərinə sübut edə bilir ki, müvəqqəti vəsiqə bir gün içərisində verilməlidir və uzun həngamədən sonra müvəqqəti vəsiqəni həmin gün, şəxsiyyət vəsiqəsini isə 1 həftədən sonra alır.

Məsələni araşdırmaq üçün bir vətəndaş kimi rayon qeydiyyat və şəxsiyyət vəsiqəsi şöbələrinə zəng edərək, şəxsiyyət vəsiqəsinin neçə günə dəyişdirilmısi ilə maraqlandıq.

Binəqədi RPİ-in qeydiyyat və şəxsiyyət vəsiqəsi şöbəsinin polis polkovnik-leytenantı Fazil Süleymanov ANS PRESS-ə açıqlamasında fərqli fikirlər söylədi. “10 iş günü müddətində vətəndaş şəxsiyyət vəsiqəsilə təmin edilməlidir. Dövlət rüsumlarına gəlincə, şəxsiyyət vəsiqəsini dəyişmək üçün 1, qeydiyyata düşmək üçün 2 manat lazımdır”.

Şəxsiyyət vəsiqəsi verilərkən, vətəndaşların incidilməsi məsələsinə isə Fazil Süleymanov belə açıqlama verdi: “Vətəndaş ilk növbədə öz hüququnu qorumalıdır. Polisdən polisə də şikayət edə bilər. Bəzən vətəndaşlar öz hüquqlarını bilmirlər. Bu üzdən problemlər yaranır”.

Xətai Rayon Polsi İdarəsinin qeydiyyat və şəxsiyyət vəsiqəsi şöbəsindən isə bildirdilər ki, vətəndaş şəxsiyyət vəsiqəsini 1 aydan 21 günə qədər ala bilər. Bunun üçün 3 manat pul ödənməlidir. 10 gün müddətində almaq istəyənlər isə 5 manat pul ödəməlidir.

Suraxanı Rayon Polis İdarəsinin qeydiyyat və şəxsiyyət vəsiqəsi şöbəsindən isə ümumiyyətlə bu barədə məlumat verilmədi.

Müşahidələrimizdən onu da deyə bilərik ki, şöbələrdə şəxsiyyət vəsiqəsi üçün lazım olan sənədlərin siyahısı yazılıb vurulsa da, nə dövlət rüsumu, nə də, şəxsiyyət vəsiqələrinin verilmə qaydaları barədə məlumat yox idi.

Millət vəkili Azay Quliyev ANS PRESS-ə açıqlamasında bildirdi ki, doğrudan da, şəxsiyyət vəsiqəsinin verilməsi sahəsində böyük problemlər hökm sürür. Elə bu səbəbdən də, bu məsələ dəfələrlə parlamentdə müzakirə mövzusu olub. Millət vəkili bir daha qaydalara edilən dəyişiklikləri açıqladı:

“Yeni dəyişikliyə əsasən, şəxsiyyət vəsiqəsini 1-3 gün ərzində almaq istəyənlər 10 manat dövlət rüsumu ödəməlidirlər. 3 gündən sonra 1 həftə ərzində almaq istəyənlər 1 manat ödəməlidirlər. Müvəqqəti vəsiqə almaq istəyən şəxslər isə sənədlərini təqdim edən kimi 2 saat ərzində vəsiqəni almalıdırlar”.

Dəyişiklərdən biri də, şəxsiyyət vəsiqəsi almaq üçün sənədlərin elektron şəkildə göndərilməsi olacaq. Yəni vətəndaş bütün məlumatları elektron şəkildə mərkəzə göndərir. Orada məlumatlar yoxlanılır və sonra qeydiyyata salınır. Sonra vətəndaşın elektron ünvanına məktub göndərilir və o, məktuba əsasən vətəndaş qeyd olunan tarixdə vəsiqəsini ala bilər. Bu da uzun növbələrin aradan qaldırılması, vətəndaşların şəxsiyyət vəsiqələrinin almasının sadələşdirilməsi məqsədini daşıyır. Millət vəkili bildirir ki, hazırda bu istiqamətdə Daxili İşlər Nazirliyi tərəfindən hazırlıq işlərinə başlanılmalıdır və bütün Qeydiyyat və şəxsiyyət şöbələri təlimatlandırılmalıdır.

Hələliksə, ümid qalır özümüzə. Hüquqlarımızı bilək ki, pozulmasına imkan verməyək.






9 Dekabr, 2011  21:14 Baxılıb: 2599 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


sagbanner