Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Məleykə Abbaszadə yenə Misir Mərdanöva qarşı çıxdı

Məleykə Abbaszadə: Mərkəzləşdirilmiş imtahanlar tam elmi əsaslarla keçirilsəydi, abituriyentlər bəzi fənlərdən imtahan verməzdilər

Orta məktəblərdə mərkəzləşdirilmiş test imtahanları tam elmi əsaslarla keçirilsəydi, ali məktəblərə qəbul imtahanı zamanı bəzi imtahan fənləri üzrə imtahan keçirilməyə və abituriyentlərin mərkəzləşdirilmiş test imtahanında həmin fənlər üzrə əldə etdiyi nəticələr nəzərə alına bilərdi. Bunu Trend-ə müsahibəsində Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə deyib.

Onun sözlərinə görə, mərkəzləşdirilmiş test imtahanları elmi əsaslara uyğun keçirilsəydi, bu, qəbul imtahanlarının nəticələrinə çox müsbət təsir göstərərdi.

"Misal üçün, ana dili və riyaziyyat fənləri üzrə imtahan tam elmi əsaslarla keçirilsə, biz onların nəticələrini əsas götürərək müəyyən qruplarda həmin fənlərdən imtahan keçirməyə bilərdik. Məsələn, I ixtisas qrupunda attestat imtahanlarının qiymətini nəzərə alıb ana dilindən imtahan keçirməyə bilərdik. Amma riyaziyyatdan imtahan keçirməliyik, çünki o, əsas fəndir. III qrupda riyaziyyatdan imtahan keçirməyə bilərdik", - TQDK sədri qeyd edib.

Abbaszadə əlavə edib ki, bunların reallaşması üçün ilk növbədə attestat imtahanlarının nəticələri etibarlı olmalıdır. Komissiya sədri hesab edir ki, hazırda attestat imtahanlarının nəticələri elmi-nöqteyi nəzərdən etibarlı deyil.

Buna çox təəssüflənən TQDK sədrinin sözlərinə görə, mərkəzləşdirilmiş test imtahanları ilə bağlı iradlarını bu imtahanların keçirildiyi ilk ildə təhsil naziri Misir Mərdanova və mütəxəssislərə bildirib, müəyyən çatışmazlıqları aradan qaldırmaq üçün təkliflər verib.

"Mərkəzləşdirilmiş test imtahanlarına çox böyük ümid bəsləyirdim. Təəssüflər olsun ki, elə yaxşı niyyətlə başlanan layihə elmi nöqteyi-nəzərdən əsası olmayan bir prosesə çevrilib. Çox təəssüflər olsun. Qiymətləndirmə sahəsinin çox böyük elmi var, gərək bu sahə ilə məşğul olmaq istəyən insanlar bu elmi öyrənsinlər. Bu elmi öyrəndikdən sonra qərarlar qəbul edəndə elmi biliklərə əsaslansınlar. Amma təəssüflər olsun ki, biz tamamilə ayrı halı müşahidə edirik. Hesab edirik ki, o proseslər elə də düzgün istiqamətdə getmir", - Abbaszadə əlavə edib.

O bildirib ki, söylədiyi bu fikirləri birbaşa olaraq, qiymətləndirmə sahəsi ilə məşğul olan mütəxəssislərin üzünə demək, onlarla fikir mübadiləsi aparmaq istəyir.

TQDK sədri deyib ki, "Abituriyent" jurnalının qəbul imtahanlarının elmi-statistik nəticələrinə həsr olunan 12-ci sayının təqdimatına qiymətləndirmə mütəxəssislərini dəvət edəcək və onların bu suallara cavab verməsi lazım olacaq.






9 Dekabr, 2011  19:46 Baxılıb: 999 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


sagbanner