Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Jurnalist Anar Niftəliyev qızlarının taleyindən narahatdı

“Şübhələrimiz var”

«Xural»ın davamı olaraq yeni nəşr edilən «ASİ» qəzetinin baş redaktoru Anar Niftəliyev və təsisçisi Nurəddin Xocanı hədələyənlər bu günə qədər məsuliyyətə cəlb olunmayıblar.

Bu barədə Simsar.az-a məlumatı A.Niftəliyev verib. Niftəliyev bildirib ki, dekabrın 6-da özünü təqdim etməyən şəxs eyni nömrədən onlara ayrı-ayrılıqda zəng vurub: “Zəng edən şəxs bizi övladlarımızın başlarına oyun açacağı ilə hədələyib. Mənə dedi ki, iki qızın var, biz bilirik harda oxuyur, saat neçədə hara gedir, kiminlə gedir. Hər şeyi dəqiqliklə deyiblər...»

Anar Niftəliyev dərhal Daxili İşlər Nazirliyinə müraciət edib. Nərimanov rayon Polis İdarəsinin 18-ci bölməsindən bildiriblər ki, zəng taksofondan gəlib. Həmin ünvana - Təbriz 1 ünvanına yollanan qəzetçilər orda taksofon görməyiblər. Daha sonra həmin taksofonu başqa ünvanda tapıblar - «Nərimanov» kinoteatrının qarşısında.

Bu səbəbdən də iş Nərimanov rayon Polis İdarəsinin 17-ci bölməsinə göndərilib.

A. Niftəliyev deyir ki, iş 17-ci polsi bölməsinə veriləndən sonra araşdırma aparılmayıb: “18-ci polis bölməsi daha fəal idi. 17-ci pols bölməsindən isə bildiriblər ki, onlar Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinə müraciət etməlidirlər”.


A.Niftəliyevin sözlərinə görə, jurnalistlər onlara qarşı hədənin müəlliflərini tapmaq üçün Preventiv Cavab Qrupu yaradılıb.

Həmçinin beynəlxalq təşkilatlar, səfirliklər jurnalistlərə qarşı təzyiqlə maraqlanırlar

“Dünən ABŞ səfirliyinə dəvət edildik. Səfirliyin mətbuat katibi Kis Binlə görüşmüşük. Kis Bin son hədələr və təzyiqlərlə maraqlanıb. Əvəz Zeynallının şərlənərək həbs edilməsi, qəzet kollektivinə qarşı müxtəlif təzyiqlər, son ölüm təhdidləri ilə bağlı ətraflı məlumat verdim. Qanunsuz olaraq “Xural” qəzetinin çapına qadağa qoyulduqdan sonra “ASİ” qəzetini nəşr etdiyimizi diqqətə çatdırdım”.

A.Niftəliyev əlavə etdi ki, o, baş verənlərlə bağlı daxili işlər naziri Ramil Usubova müraciət edəcək: “Müəyyən şübhələrimiz var. Hər gün şübhələr özünü doğruldur”.

Ruslan






8 Dekabr, 2011  16:28 Baxılıb: 2280 Çap

Bu bölmədə


XƏBƏR LENTİ

26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15

sagbanner