Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Peşə Liseyi ləğv edildi

11 saylı Bakı Peşə Liseyinin bazasında Bakı Turizm Peşə Məktəbinin yaradılıb

Nazirlər Kabineti Mədəniyyət və Turizm Nazirliyinin Turizm İnstitutunun nəzdində Bakı Turizm Peşə Məktəbinin yaradılması haqqında qərar verib. Simsar.az-ın Nazirlər Kabinetinin rəsmi saytına istinadən verdiyi məlumata görə, qərarda qeyd olunur ki, Təhsil Nazirliyinin 11 nömrəli Bakı Peşə Liseyi ləğv edilsin və onun bazasında Mədəniyyət və Turizm Nazirliyinin Turizm İnstitutunun nəzdində Bakı Turizm Peşə Məktəbi yaradılsın.

Bakı Turizm Peşə Məktəbinin 2011/2012-ci tədris ilindən fəaliyyətə başlaması üçün cari ilin sonunadək tələb olunan xərclərin maliyyələşdirilməsi 2011-ci il dövlət büdcəsinin mərkəzləşdirilmiş xərclərinin “Təhsil” bölməsinin müvafiq paraqrafında nəzərdə tutulmuş vəsait hesabına Təhsil Nazirliyi tərəfindən təmin ediləcək. Maliyyə Nazirliyinə tapşırılıb ki, 2012-ci ildən başlayaraq, Bakı Turizm Peşə Məktəbinin fəaliyyəti ilə bağlı xərclərin maliyyələşdirilməsi məqsədi ilə dövlət büdcəsinin xərclərinin müvafiq bölmə və paraqrafında Mədəniyyət və Turizm Nazirliyi üçün vəsaitin nəzərdə tutulmasını təmin etsin.

Qərarda qeyd olunur ki, Təhsil Nazirliyinin balansında olan, Bakı şəhəri, Binəqədi rayonu, 8-ci mikrorayon, H.Hüseynov küçəsi, 17 ünvanında yerləşən 11 nömrəli Bakı Peşə Liseyinin 0,9662 ha torpaq sahəsinə malik dördmərtəbəli binasının bir hissəsi (6833.5 kv.m) ona məxsus əmlakla birlikdə Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin balansına verilsin. Mədəniyyət və Turizm Nazirliyinə ləğv edilmiş 11 nömrəli Bakı Peşə Liseyinin şagirdlərinin təhsillərinin Bakı Turizm Peşə Məktəbində başa çatdırılmasını təmin etmək tapşırılıb. Nazirliyə ləğv edilmiş 11 nömrəli Bakı Peşə Liseyinin işçi heyətinin ixtisaslarına uyğun işlə təmin olunması ilə bağlı tədbirlər görmək, Bakı Turizm Peşə Məktəbinin 2011/2012-ci tədris ilindən fəaliyyətə başlaması üçün digər zəruri tədbirləri həyata keçirmək də tapşırılıb.

Qərara əsasən, Nazirlər Kabinetinin 2011-ci il 15 iyul tarixli 118 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Təhsil Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısı”nın “İlk peşə-ixtisas təhsili müəssisələri” bölməsinin 12-ci hissəsi ləğv edilib.






7 Dekabr, 2011  22:45 Baxılıb: 1671 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



sagbanner