Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

"Magistr və hərbi xidmət" mövzusu yenə gündəmə gəldi

Məleykə Abbaszadə magistr olmaq istəyənlərin taleyinə aydınlıq gətirdi

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə magistraturada oxumaq istəyən oğlanlara möhlət hüququnun verilməməsi məsələsinə münasibət bildirib.

TQDK sədri Trend-ə müsahibəsində bildirib ki, elmlə məşğul olmaq üçün tələbə mütləq bakalavr pilləsindən sonra magistraturanı bitirməlidir.

O hesab edir ki, oğlan bakalavrlar həqiqi hərbi xidməti başa vurduqdan sonra da elmlə məşğul ola bilərlər. Onlar magistraturaya qəbul olunduqdan sonra hərbi xidmətə gedirlər, qayıtdıqdan sonra isə magistraturada oxuyurlar.

Abbaszadə həmin plan yerinin magistraturaya qəbul olunan, amma hərbi xidmətə gedən oğlan bakalavrlar üçün saxlanıldığını deyib.

Komissiya sədri bildirib ki, amma çox zaman oğlan bakalavrlar hərbi xidmətdən qayıtdıqdan sonra magistraturanın qiyabi şöbəsində təhsil almağa üstünlük verirlər.

"Kifayət qədər oğlan bakalavrlar var ki, magistraturaya hərbi xidmətdən sonra qəbul olurlar. Amma bizim gənclər bakalavr pilləsini bitirəndən, hərbi xidmətdən qayıtdıqdan sonra çalışırlar ki, işə daha tez düzəlsinlər. Belə bakalavrların arasında çox istedadlı olanları var ki, onlar elmlə məşğul olsalar, müəyyən nailiyyətlər əldə edə bilərlər", - Abbaszadə bildirib.

TQDK sədrinin sözlərinə görə, magistraturada oxumaq bakalavrların yalnız elmlə məşğul olmaq istəyi ilə əlaqədar olmur. Çox zaman magistraturada oxuyanların məqsədi ali məktəbdə müəllim kimi fəaliyyət göstərə bilmək olur.

"Çox zaman magistraturada oxuyanların məqsədi bu olur ki, bu təhsillərini başa vurduqdan sonra məktəbdə müəllim kimi fəaliyyət göstərsinlər. Buna görə də magistraturaya sənəd verirlər. Bu yolu seçən oğlanlar hərbi qulluqdan sonra da magistraturada oxuya bilərlər", - Abbaszadə əlavə edib.

Azərbaycanda "Hərbi vəzifə və hərbi xidmət haqqında" yeni qanun layihəsində magistrlara həqiqi hərbi xidmətdən möhlət hüququnun verilməsi nəzərdə tutulmur. Qanun layihəsi Parlamentin müvafiq komitəsində müzakirə edilərək, Milli Məclisin Plenar iclasında müzakirəyə təqdim olunub.






7 Dekabr, 2011  18:22 Baxılıb: 3380 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



sagbanner