Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Qanvermədə 1150 nəfər iştirak etdi

Qan ehtiyacı olan bütün xəstələrə yardım ediləcək

“Aşura günü”ndə Səhiyyə Nazirliyinin və Qafqaz Müsəlmanları İdarəsinin təşkilatçılığı ilə qana ehtiyacı olan xəstələrə yardım məqsədi ilə könüllü qanvermə aksiyaları keçirilir.

Simsar.az-ın Səhiyyə Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, bu saata kimi 1150 nəfər qan verib və qan verənlərdən 750 nəfəri Bakının, 400-ü isə bölgələrin payına düşür.

Xatırladaq ki, aksiyalar Bakı şəhərində Səhiyyə Nazirliyinin Mərkəzi Qan Bankında, “Təzə pir”, “Bibi-Heybət”, “Mir-Mövsüm ağa”, “Qaraçuxur”, “İçərişəhər Cümə”, “Hacı Soltanəli”, Keşlə qəsəbə məscidlərində, eyni zamanda Sumqayıt şəhər Cümə məscidində, Gəncə şəhər İmamzadə məscidində, Lənkəran şəhər Böyükbazar məscidində, Mingəçevir şəhər Heydər məscidində, Şəki şəhər məscidində və Bərdə şəhər Cümə məscidində təşkil olunub və günün sonuna kimi davam edəcək.

Tədarük olunan qan və qandan hazırlanan preparatlardan hemofiliyalı və talassemiyalı, həmçinin qana ehtiyacı olan bütün xəstələrin müalicəsində istifadə olunacaq.






6 Dekabr, 2011  18:34 Baxılıb: 995 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


sagbanner