Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Şeyx qan verdi

Allahşükür Paşazadə müsəlmanlara "başınız sağ olsun" dedi

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri, Şeyxülislam Allahşükür Paşazadə Aşura günü ilə bağlı “Təzəpir” məscidində keçirilən qanvermə aksiyasında iştirak edib.

APA-nın xəbərinə görə, Allahşükür Paşazadə ilə yanaşı onun müavinləri – Hacı Sabir Həsənli, Hacı Salman Musayev, QMİ əməkdaşları da qan verib.

Hazırda qanvermə aksiyası davam edir.

Qafqaz Müsəlmanları İdarəsinin sədri, şeyxülislam hacı Allahşükür Paşazadə Aşura günü bütün müsəlmanlara başsağlığı verib.

Trend-in məlumatına görə, Paşazadə jurnalistlərə açıqlamasında bildirib ki, bu gün torpaq yolunda şəhid olanlarımızı da yad etməliyik.

"İmam Hüseyni (ə.s) istəyənlərə başsağlığı veririk, Qarabağ şəhidlərinə rəhmət diləyirik", - Paşazadə deyib.

Aşura günü ilə bağlı keçirilən qanvermə aksiyasında özünün də qan verdiyini deyən QMİ sədri bildirib ki, Aşura günündə İmam Hüseynin (ə.s) qanı tökülüb.

"Bu gün mənim də bir damla qanım töküldü. İmam Hüseynin qanı əbəs yerə tökülməyib. Onun qanında bir həyat vardı. Bunu nəzərə alaraq bütün müsəlmanlara qan verməyi tövsiyə edirik. Biz verdiyimiz qanla neçə insana həyat vermiş oluruq", - o deyib.

Paşazadə qanvermə aksiyasının xəstə insanlara, qana ehtiyacı olanlara kömək məqsədi daşıdığını deyib.

Qanvermə aksiyası bu gün səhər saatlarında Qafqaz Müsəlmanları İdarəsinin müəyyən etdiyi bütün məscidlərdə başlayıb.

Hər il olduğu kimi, bu il də Məhərrəm ayının onuncu günü - Aşura günündə Səhiyyə Nazirliyi və Qafqaz Müsəlmanları İdarəsinin təşkilatçılığı ilə qana ehtiyacı olan xəstələrə yardım məqsədilə könüllü qanvermə aksiyaları keçirilir.

Qanvermə aksiyaları Bakı şəhərində "Təzəpir", "Bibi-Heybət", "Mir-Mövsüm ağa", "Qaraçuxur", "İçərişəhər Cümə", "Hacı Soltanəli", Keşlə qəsəbə məscidlərində, həmçinin Sumqayıt şəhər "Cümə" məscidində, Gəncə şəhər "İmamzadə" məscidində, Lənkəran şəhər "Böyükbazar" məscidində, Mingəçevir şəhər "Heydər" məscidində, Şəki şəhər məscidində və Bərdə şəhər "Cümə" məscidində təşkil olunub.

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Qazilər Şurası Məhərrəm ayı ilə bağlı fətva verib.

Fətvaya əsasən, Məhərrəm 1433-cü ilin başlanğıcı - Məhərrəm ayının 1-i miladi təqvimlə 2011-ci il noyabr ayının 27-nə təsadüf edir. Aşura günü 2011-ci il dekabr ayının 6-dadır.

Məhərrəm ayı Hicri-qəməri təqvimlə İslam dininin birinci ayıdır.

Bu ayın Aşura günündə İmam Hüseyn əleyhissalam və yaxınları Yəzid ibn Müaviyyənin qoşunları tərəfindən qətlə yetirilib.






6 Dekabr, 2011  16:49 Baxılıb: 1096 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


sagbanner