Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

ƏDƏBİYYATÇILAR MEYXANAÇILARA UDUZDURULDU-VİDEO

MEYXANAÇININ TANINMIŞ YAZARLARA HƏDƏSİ: Kimin nə sözü var üzümüzə desin, arxamızca danışmasın”

Dekabrın 4-ü ANS-in efirində “Rövşanə Bektaşi ilə Bazar səhəri” proqramı tamaşaçıların ciddi narazılığına səbəb olub. “Facebook” sosial şəbəkəsində verilişin formatına etiraz edən fəal gənclərdən bəzisi görüntüləri izlədikdən sonra şoka düşdüklərini etiraf ediblər.

Simsar.az saytı xəbər verir ki, verilişdə aparıcı fikirlərinin ifadə tərzində xeyli səhvlərə yol verdiyindən bəzən cümlələri kobud alınıb. Bunula yanaşı, məşhur yazıçı Seyran

Səxavətin, yazarlar Günel Mövludun, Aqşinin və Əli Əkbərin qonağı olduğu verilişdə meyxana deyənlər “at oynadıb”.

Nəqarətində “Ala bu qız dəlidi, nədir” deyərək oxuyan meyxanaçılardan biri “mahnı” bitəndən sonar üzün tanınmış yazarlara tutaraq belə deyib: Kimin nə sözü var üzümüzə desin, arxamızca danışmasın”


Verilişdəki şokedici məqamlar bunula bitmir. R.Bektaşi Füzulinin qəzəllərini oxuyub sözlərdəki “anlaşılmazlığa” diqqət çəkməyi də unutmayıb. Və belə rəy formalaşdırıb ki, Füzuli anlaşılmaz dildə yazıb. Maraqlısı odur ki, qonaqlar bu arqumentə sadə məntiqlə etiraz da etməyiblər. Onlar deyə bilərdi ki, Füzulinin zamanında qüvvədə olan Azərbaycan dili elə idi, indi isə belədi. Əgər Füzuli ordan gəlib bizim dövrə düşsə, danışdıqlarımızı anlamayacaq. Bu qədər sadə.
Yəqin bir cavab eşitmədiyinə görə də, aparıcı əməkdar artist Nadir Qafarzadənin “oxuduğu “Füzuli” kantatasını da sözlərin “çətinliyi”nə görə hədəf seçib. Deyib ki, “muradım şəmi yanmazmı” başa düşülmür. Qonaqlardan yenə cavab gəlməyib. Cavab verə bilərdilər ki, muradın şəmi yanmaq, indiki dillə bəxtin, arzunun çırağı yanmaq təqdimatına bərabər mənadı.

Verilişdə yaşanan olduqca təəccüblü hadisələrdən biri də efir anındakı reklamların çoxluğuna etiraz edən Seyran Səxavətə aparıcının reaksiyası olub. Üzünü Seyran müəllimə tutan Rövşanə xanım belə deyib: “Mən sizə reklam nə olduğunu başa saldım da”. Bu ifadədən sonra Seyran bəy əsəbiləşərək, “ay qız sən nə danışırsan?..məni “başa saldın” nədi?..” deyib.

Meyxanaçıların hədəsindən sonra isə Əli Əkbər mikrafonu götürərək burda olduğuna görə, oxuculardan üzr istəyib.
Yazıçıların verilişdə musiqili meyxananın müşayiəti ilə necə anlar keçirdiyini təqdim etdiyimiz videoda daha aydın görə bilərsiz.

Anar İsaoğlu






6 Dekabr, 2011  16:32 Baxılıb: 1663 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


sagbanner