Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Qəzetlərə maliyyə yardımının maksimal həddi 50 min manata qaldırıldı

KİV DF-nin maliyyə müsabiqəsinə iştirak edəcək qəzetlərin tirajı 1500-dən 2000-ə, gündəlik yayımının isə 500-dən 750-ə qaldırılıb

Bu gün Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİV DF) Müşahidə Şurasının növbəti iclası keçirilib. 

KİV DF-dən Lent.az-a verilən məlumata görə, Fondun Müşahidə Şurasının sədri Umud Mirzəyev iclası giriş sözü ilə açaraq gündəlikdə 2012-ci ilin I yarımili üçün KİV layihələrinin maliyyələşdirilməsi ilə bağlı müsabiqə elanını və Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə keçiriləcək tədbirlərin müzakirəsinin yer aldığını bildirib

Gündəlikdə dayanan birinci məsələ ilə bağlı çıxış edən Fondun icrası direktoru Vüqar Səfərli KİV layihələrinin maliyyələş¬dirilməsi ilə bağlı müsabiqə elanının şərtlərinin 2009-cu ildə hazırlandığını, ötən il üç ildə ölkə mətbuatının müəyyən inkişaf yolu keçdiyini diqqətə çatdırıb. İndiyədək maliyyə müsabiqəsində iştirak üçün qəzet¬lərin tirajının 1500, dövriyyəsinin isə 500 ədəd olması şərt kimi qoyulub. Ötən 3 ildə dövlət qayğısı nəticəsində ölkə mətbuatının maddi-texniki bazasının möhkəmləndiyini diqqətə çatdıran Vüqar Səfərli bununla əlaqədar müsabiqə elanının hazırkı şərtlərində müəyyən əlavə və dəyişikliklərin edilməsi zərurətini Müşahidə Şurasının üzvlərinin diqqətinə çatdırıb.

Müşahidə Şurasının üzvü Əflatun Amaşov çıxışında KİV DF-dən böyük məbləğdə maliyyə dəstəyi alan ölkə qəzetlərinin tirajının və yayım imkanlarının ötən 3 ildə yüksəldiyini, problemlərinin böyük qisminin həllini tapdığını söyləyib. Əflatun Amaşov bununla əlaqədar Fondun maliyyə müsabiqəsinə iştirak edəcək qəzetlərin tirajının 1500-dən 2000-ə, gündəlik yayımının isə 500-dən 750-ə qaldırılmasını təklif edib. Onun sözlərinə görə, bu addım əslində qəzetlərin inkişafına və onların məsuliyyətinin daha da artı¬rılmasına xidmət edir. Müşahidə Şurasının digər üzvləri çıxışlarında 2012-ci ilin dövlət büdcəsində Fonda ayrılmış maliyyə vəsaitinin artdığını nəzərə alaraq, qəzetlər üçün nəzərdə tutulan maliyyə yardımının maksimal həddinin 40 min manatdan 50 min manata qaldırılmasını təklif ediblər. Müzakirələrin yekunu kimi Müşahidə Şurasının üzvləri müsabiqə elanına təklif olunmuş bu və digər dəyişiklikləri yekdilliklə qəbul ediblər.

Gündəlikdə olan ikinci məsələyə toxunan Vüqar Səfərli Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni İl münasibətilə jurnalistlər üçün bayram tədbirinin keçirilməsi təklifini irəli sürüb. Müşahidə Şurasının üzvləri bu təklifi də yekdilliklə qəbul ediblər.






5 Dekabr, 2011  23:05 Baxılıb: 937 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


sagbanner