Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Eyyub Hüseynovun "ölü dərman"ı təkzib edildi

"Bu informasiya insanları çaşdırıb"

Son günlər bəzi kütləvi informasiya vasitələrində ölkənin çörəkbişirmə sexlərində məhsul istehsalı zamanı “meyit dərmanı” kimi təqdim olunan kimyəvi maddənin vurulması iddia olunmaqdadır. Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov 16 noyabrda “Xəzər TV”-nin “Xəzər Xəbər” informasiya buraxılışında da çörək məhsullarının uzunmüddətli yumşaq saxlanmasını təmin etmək üçün “ölü dərmanı - unifol” maddəsinin qatıldığı haqda məlumatlı olduğunu iddia edib.


Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi məsələnin ictimaiyyət arasında geniş əks-səda doğurduğunu nəzərə alaraq araşdırma aparıb. Müəyyən olunub ki, mətbuatda səslənən bu informasiyanın heç bir hüquqi əsası yoxdur, istehlakçıların çaşdırılması məqsədi daşıyır. Azad İstehlakçılar Birliyinə ünvanlanmış 21 noyabr tarixli sorğuya cavab olaraq bildirilib ki, çörək məhsullarına “ölü dərmanı - unifol” kimyəvi maddəsinin vurulduğu barədə məlumatlar Azad İstehlakçılar Birliyinə gələn bir neçə istehlakçı zənglərinə əsaslanır: “Komitə olaraq bildiririk ki, “unifol” adlı kimyəvi maddə ümumiyyətlə mövcud deyil. Unifol izolyasiya materialı olub tikintidə istifadə olunur. Bundan başqa, istehlakçıların nəzərinə çatdırırıq ki, ölkəmizdə gündəlik tələbat məhsulu kimi ön sırada dayanan çörək istehsalı Komitənin müvafiq qurumlarının nəzarətindədir. Ərazi Dövlət Nəzarəti İdarələri tərəfindən qanunvericiliyə uyğun olaraq normativ sənədlərin tələblərinə uyğun gəlməyən, keyfiyyətsiz və təhlükəli məhsul istehsal edən təsərrüfat subyektləri aşkarlanır və həmin sahibkarlar inzibati məsuliyyətə cəlb edilərək müəssisələrdə məhsul istehsalı dayandırılır. Bu barədə Komitənin Mətbuat xidməti tərəfindən kütləvi informasiya vasitələrinə dərhal məlumatlar verilir”.


Dövlət Komitəsi ərzaq təhlükəsizliyinin təmin edilməsində, keyfiyyət infrastrukturunun inkişafında qeyri-hökumət təşkilatları, vətəndaş cəmiyyəti institutları ilə əməkdaşlıq etməyə hər zaman hazır olduğunu bir daha bəyan edib: “Azad İstehlakçılar Birliyini insanlar arasında çaşqınlıq yaradan qeyri-səhih informasiyaları yaymamağa çağırırıq”.






5 Dekabr, 2011  17:37 Baxılıb: 990 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


sagbanner