Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Qədir Rüstəmovda virus aşkarlandı

Məşhur xanəndənin qan dövranı fəaliyyətdədi

40 gündən artıqdır ki, İstanbulun “Acıbadem” xəstəxanasının reanimasiya şöbəsində koma vəziyyətində olan Azərbaycanın görkəmli xanəndəsi, xalq artisti Qədir Rüstəmovun şüurunun ayılmamasının səbəbi kimi herpes virusu göstərilir. Bu barədə APA-ya açıqlama verən sənətkarın həyat yoldaşı Fatma Rüstəmova, xanəndənin səhhətində irəliləyiş olmadığını deyib. O bildirib ki, Qədir Rüstəmovun orqanlarının işləməsi, qan dövranın fəaliyyəti onları ümidləndirir: “Oğlum Rüstəm də Türkiyəyə gəlib və Qədirin yanına gedib onunla danışırıq. Mən dəfələrlə onun əlini tutmuşam, yaxşılaşdığını demişəm, oğlum da ümidverici sözlər deyir və o bu sözlərə reaksiya verir. Daxili orqanları da, beyni də işləyir və bu bizə ümid verir. Həkim də bildirir ki, Qədirin bütün orqanizmini qaydaya salıb və problem yalnız şüurunun ayılmamasındadır”.

F. Rüstəmova bildirib ki, Qədir Rüstəmovun şüurunun özünə gəlməməsinin əsas səbəbi kimi radiaktiv müalicə götürməsi göstərilirdi, amma bu günlərdə bunun əsas səbəbi məlum olub: “Həkim bildirdi ki, bunun əsas səbəbi herpes virusunun aşkarlanmasıdır. İndi bu problemin nə zaman həllini tapacağını bilmirik. Amma qərar vermək olduqca çətindir və biz ən ağır günlərdə belə ümidimizi üzmürük. Həkim də bildirir ki, Qədir yaşamaq istəyir və bunun üçün bütün orqanizmi mübarizə aparır. Qədir ölmək istəmir, o sağalacaq”.






5 Dekabr, 2011  16:24 Baxılıb: 1245 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner