Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Kiyevdə ilk məscid açıldı

Bu gün Kiyevdə ilk məscid açılıb.

Simsar.az-ın “Novıy reqion” qəzetinə istinadən verdiyi məlumata görə, bu gün Ukrayna paytaxtında məscidin açılışı ilə bağlı keçirilən təntənəli mərasimə Çeçenistan rəhbəri Ramazan Kadırovun tapşırığı ilə Çeçenistan müftisi Sultan Mirzəyev və Ramazan Kadırovun mətbuat katibi Əlvi Kərimovun rəhbərlik etdiyi nümayəndə heyəti qatılıb. 

Məscid açılana qədər Kiyevdəki müsəlmanlar İslam Mərkəzinin binasında ibadət ediblər. “Ar-Rahma” məscidinin sahəsi 3 min 200 kvadrat metrdir və 3 min insanın ibadət etməsi üçün nəzərdə tutulub. Məscidin minarəsinin hündürlüyü 27 metrdir. Şəhərin mərkəzində yerləşən məscidin inşasına 1994-cü ildə başlanılıb, tikinti işləri xeyriyyəçilərin və Kiyev müsəlmanlarının səyi yardımları hesabına ərsəyə gəlib. Tikinti işlərinin aparılmasına Ukrayna Müsəlmanları İdarəsinin rəhbəri şeyx Əhməd Tamim rəhbərlik edib.

Qeyd edək ki, Ukraynada 2 milyon müsəlman var. Onların 60 min nəfəri Kiyevdə yaşayır.






2 Dekabr, 2011  23:20 Baxılıb: 1361 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner