Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

"Siyasi mübarizə yolumuzu davam etdirəcəyik"

İslamçılar bəyanat verdi

Azərbaycan İslam Partiyası (AİP) hüquqlarının pozulmasından şikayət edib.

Simsar.az-ın məlumatına görə, Bakı Şəhər İcra Hakimiyyətinə ünvanladığı sayca altıncı müraciətə “yox” cavabını almasını vətəndaşların sərbəst toplaşmaq azadlıqlarını pozulması kimi dəyərləndirib. Partiya bəyan edib ki, BŞİH-nin ölkə Konstitusiyasının və eyni adlı qanunun verdiyi haqları məhdudlaşdırması, bu barədə Azərbaycanın da üzv olduğu insan haqlarına dair beynəlxalq konvensiyaların mühüm şərtlərini kobud şəkildə pozması bir daha sübut edir ki, rəsmi dairələrdə ölkəmizin taleyüklü məsələlərinin həllində vətəndaşların mövqeyi və iradəsi ilə paylaşmaq, hesablaşmaq fikri-düşüncəsi yoxdur. AİP bildirib ki, “Qarabağa azadlıq”, “işğalçı rejimlərə ölüm”, “rüşvət və korrupsiyaya son”, “günahsız məhbuslara azadlıq”, “qanunların aliliyinə təminat”, “Konstitusiyaya hörmət” şüarları ilə təşkil etdiyi dinc aksiyanın keçirilməsi barədə Bakı Şəhər Meriyasına edilən müraciətin cavabsız qalması neqativ halların aradan qaldırılması, hətta pozulmuş ərazi bütövlüyümüzün xalqın iradəsi ilə bərpasının beynəlxalq təşkilatlardan tələb edilməsi ölkənin bəzi məmurlarının marağında olmadığının göstəricisidir: “Daha çox təəssüf doğuran hal isə BŞİH-nin AİP-in Bakı Şəhər 1 saylı İnzibati-İqtisadi Məhkəməsi qarşısında qaldırdığı iddia ərizəsinin rədd edilməsi və islamçıların hüquqlarının məhkəmə hakimiyyəti çərçivəsində həll olunmamasıdır”. 

AİP bir daha bəyan edib ki, bütün bunlar eyni mərkəzdən senariləşdirilmiş təxribatdır və insanları radikallığa, qarşıdurmaya cəlb etmək, ölkəni isə xaosa çevirmək niyyətinə xidmət edir: “Biz bu təxribatlara getməyə tərəfdarlarımızı Allah-Təalanın haram aylardan buyurduğu müqəddəs Məhərrəm ayında daha çox səbirli və təmkinli olmağa çağırır, fitnə-fəsadların törətdikləri oyunlara ayıq nəzərlərlə qiymət verməyi tövsiyə edirik. Qanunçuluğu, insan haqlarını tələb etməkdə sivil mübarizə yolunu bundan sonra da davam etdirəcəyik”.






2 Dekabr, 2011  21:40 Baxılıb: 1053 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


sagbanner