Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Dövlət komitəsi: Lənkəraninin bəyanatı sadə müsəlmana da yaraşmır

Azərbaycanın Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) yazıçı-jurnalist Rafiq Tağının qarşı edilən sui-qəsdə münasibət açıqlayıb.

DQİDK-nin mətbuat xidmətindən APA-nın sorğusuna cavab olaraq bildirilib ki, yazıçı-jurnalist Rafiq Tağıya qarşı edilən sui-qəsd kriminal xarakterli hadisədir. 

“Hadisənin hansı səbəbdən törədildiyini istintaq müəyyənləşdirəcək. Lakin bütün hallarda, insanın, xüsusilə də söz adamının qətlə yetirilməsi, yaxud ona qarşı sui-qəsd qəbuledilməzdir. Rafiq Tağının ölümündən sonra ayətullah Cavad Lənkəraninin verdiyi bəyanatda səsləndirilən fikirlər isə nəinki din xadiminə, hətta sadə müsəlmana da yaraşmır. Dini etiqadından asılı olmayaraq, insan həyatı dəyərlidir və başqasının ölümünə sevinməyə nə insani, nə də dini baxımdan haqq qazandırmaq olar”, - deyə Dövlət Komitəsindən bildirilib.

Qeyd edək ki, noyabrın 19-da naməlum şəxs tərəfindən bıçaqlanan R. Tağı noyabrın 23-də xəstəxanada vəfat edib. C. Lənkərani isə atası, İranın tanınmış ayətullahlarından olan Fazil Lənkəraninin R. Tağı barəsində çıxardığı ölüm fətvasının icra olunmasını alqışlayıb.






1 Dekabr, 2011  22:30 Baxılıb: 1026 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


sagbanner