Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Marşrut metrodan dərs götürdü

"314" gediş haqqını 30 qəpiyə qaldırdı

APA-nın məlumatına görə, 314 saylı marşrut avtobusunda əvvəllər 25 qəpik tələb olunurdusa, son günlərdə qiymət 30 qəpiyə qaldırılıb.

Nəqliyyat Nazirliyi Katibliyinin rəisi Namiq Nəsənov APA-ya bildirib ki, marşrut avtobuslarında qiymət artımı ilə bağlı qərarı yalnız Tarif Şurası verə bilər: «Tarif Şurasının isə belə qərarı yoxdur». Onun sözlərinə görə, qalan hallarda yalnız marşrutun hərəkət istiqaməti uzadıldığı zaman qiymət artırıla bilər. N.Həsənov konkret olaraq 314 saylı marşrut avtobusu ilə bağlı araşdırma aparılacağını, qanunsuzluq aşkarlanarsa, müvafiq tədbirlər görüləcəyini, özbaşına qiyməti artımı halı varsa, günahkarların cəzalandırılacağını bildirib.

Qeyd edək ki, 314 saylı marşrut avtobus uzun müddətdir Yeni Ramana-8-ci km qəsəbəsi istiqamətində hərəkət edir və son günlərdə marşrutun hərəkət istiqaməti uzadılmayıb.

Xatırladaq ki, noyabrın 28-də Tarif Şurası Bakı Metropolitenində gediş haqqının 33% bahalaşdırılması barədə qərar qəbul edib. Qərara əsasən, dekabrın 1-dən metroda gediş haqqı tarifi 15 qəpikdən 20 qəpiyə qaldırılıb.






1 Dekabr, 2011  19:39 Baxılıb: 1150 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


sagbanner