Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

QİÇS-in sonu çatır

Pan Gi Mun 24 milyon dollar istədi

BMT-nin Azərbaycandakı nümayəndəliyindən APA-ya verilən məlumata görə, müraciətdə deyilir: “Biz ilk QİÇS yoluxmasının qeydə alınmasından 40 il keçdiyi bir vaxtda nəhayət ki, bu epidemiyaya son qoymaq üzrəyik. Bu günə kimi qazandığımız nailiyyətin sübutu İİV yoluxmaları, diskriminasiya və QİÇS ilə əlaqəli ölüm hallarını sıfıra endirmək məqsədini reallaşdıra bilməyimizdir. 1997-ci ildən bəri yeni İİV yoluxmalarının sayı 20 faizdən çox azalıb. Yeni yoluxmaların sayı dünyanın bir çox yerində azalmaqda davam edir. QİÇS yoluxmalarının ən çox müşahidə edildiyi Sub-Saxara Afrikasının 22 ölkəsində İİV-in əhatə dairəsi xeyli azalıb. İİV-in qarşısını almaq üçün lazımı xidmətlərdən istifadə edilməsi gənclər, fahişələr və onların müştəriləri, narkomanlar, bir-biri ilə cinsi əlaqədə olan kişilər və transcinsiyyətli insanlara öz sağlamlıqlarına daha yaxşı nəzarət etməyə kömək edir”.

Müraciətdə bildirilir ki, müalicə tədbirləri 1985-ci ildən bəri 2,5 milyon insanı QİÇS ilə əlaqəli ölümlərdən xilas edib: “Yalnız ötən il 700 min insanın həyatı xilas edilib. Təxminən yarısı aşağı və orta gəlirli ölkələrdən olmaqla, 6,6 milyon insanın müalicəyə ehtiyacı var və onlar müalicə almaqdadırlar. Xəstəliyin qarşısının alınması üçün görülən tədbirlər və onun müalicəsi arasında qarşılıqlı əlaqə nailiyyətləri artırmaqdadır. QİÇS-ə qalib gəlmək üçün biz daha böyük nəticələr əldə etməliyik. Bu il iyun ayında Birləşmiş Millətlər Təşkilatı Baş Assambleyasının yüksək səviyyəli görüşü zamanı QİÇS-lə əlaqədar 2015-ci il üçün hədəflər müəyyən edilib: İİV-in cinsi əlaqə vasitəsilə ötürülməsini yarıya qədər azaltmaq, uşaqlarda yeni yoluxma hallarını aradan qaldırmaq, İİV-ə yoluxmuş 15 milyon insanın müalicəsini təmin etmək, stiqma və ayrı-seçkiliyə son qoymaq və QİÇS ilə mübarizədə büdcə kəsirini aradan qaldırmaq. Güclü siyasi istək, səmərəli maliyyə vəsaitləri və insan hüquqlarına əsaslanmış qəti yanaşma ilə biz bütün bu məqsədlərə çata bilərik. Uğur qazanmaq üçün maliyyə çox əhəmiyyətlidir. Mən bütün tərəfləri BMT‐nin İİV/QİÇS üzrə birgə Proqramı tərəfindən irəli sürülmüş maliyyə çərçivəsi naminə iş görmək və 24 milyard ABŞ dolları məbləğində illik qlobal yatırım hədəfinə çatmağa səsləyirəm. Nəticələr ilkin xərcləri bir nəslin həyatı dövründən daha az zamanda kompensasiya edə bilər. Gələcək səylərimizi bizi bu dönüş nöqtəsinə gətirən siyasi öhdəlik, sərmayə qoyuluşu, enerji, fəallıq və qətiyyət əsasında qurmalıyıq. Hərəkət etmək vaxtıdır. Gəlin bu imkandan QİÇS-a həmişəlik son qoymaq üçün istifadə edək”.






1 Dekabr, 2011  15:26 Baxılıb: 1524 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


sagbanner