Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

GƏNCLƏR METRONU BOYKOT ETDİ

2 günlük aksiyaya minlərlə gənc dəstək verir

Bir qrup azərbaycanlı gənc qiymətlərin artmasına etiraz olaraq əhalini dekabrın 2-də və 3-də metrodan istifadə etməməyə çağırır.

Simsar.az saytının məlumatına görə, gənclərin sosial internet şəbəkəsində noyabrın 30-da yaydığı müraciətdə deyilir: “Bütün tələbələrə, gənclərə, bunu oxuyan hər kəsə müraciət edirik. Metroda qiymətlərin qaldırılması ilə bağlı BOYKOTa qoşulun! 2 və 3 dekabr tarixində metrodan istifadə etməyin. 2 gün istifadə etməsəniz heç nə olmaz. Bu həm əyləncəli olacaq, həm də bizim həmrəylik gücümüzü göstərəcək”.

Boykotun sosial şəbəkədə elan edildiyi 2 saat ərzində 500 nəfərdən çox internet istifadəçisi müraciətə reaksiya verib. Gənclərin əksəri boykot aksiyasına qoşulduğunu, dekabrın 2-3-də metrodan istifadə etməyəcəyini bildirib.

Gənclər təşkilatlarından “Nida” Vətəndaş Hərəkatı təşəbbüsə qoşulduğunu açıqlayıb, bütün gəncləri qiymət artımına etiraz olaraq dekabrın 2-3-də metrodan istifadə etməməyə çağırıb. “Nida”nın rəyində o da vurğulanıb ki, ABŞ-da vətəndaş hüquqları uğrunda hərəkat avtobusların boykotundan başlanmışdı.

Dekabrın 1-dən Bakı metrosunda gediş haqqı 20 qəpik olacaq. Gediş haqqının 15 qəpikdən 20 qəpiyə qaldırılması haqda qərarı Tarif (qiymət) Şurası noyabrın 28-də çıxarıb.






1 Dekabr, 2011  15:06 Baxılıb: 1273 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


sagbanner