Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Duz bazarında rəzalət

Hansı duzlarda yod yoxdu

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov Azərbaycanın duz bazarında apardıqları yoxlamalarla bağlı mətbuat konfransı keçirib.

Simsar.az-ın məlumatına görə, tədbirdə E. Hüseynov yenə də bazarda əhaliyə mənşəyi bəlli olmayan, yodsuz duzların satılması ilə bağlı xəbərdarlıq edib. 
Belə ki, Azad İstehlakçılar Birliyi ölkə ərazisində duzun yodlaşdırılması və satışı sahəsində apardığı monitorinqlər zamanı, kustar üsulla istehsal olunan və tərkibində zəhərli maddələrin olduğu duzların açıq satılması hallarını aşkarlayıb. Satılan keyfiyyətsiz duzların mənbəyini araşdırarkən məlum olub ki, bu duzlar əsasən müxtəlif mənbə və çirkli göllərdən toplanan duzların hesabına istehsal olunmaqdadır. Eyyub Hüseynov bildirib ki, ekzotik qablarda qablaşdırılaraq xarici istehsal kimi istehlakçılara təklif olunan bu duzlar texniki istifadəyə belə yaramır. Belə duz markaları respublikanın müxtəlif bölgələrində əhaliyə satılır. Masazır Duz Zavodu istifadəyə verildikdən sonra keyfiyyətli “Azərduz” markasının satışa çıxarılması yod çatışmazlığı problemini qismən aradan qaldırsa da, bazarda satılan təhlükəli duzlar təhlükə mənbəyi olaraq qalır.
AİB sədri bildirib ki, hazırda ölkənin əmtəə bazarında xarici ölkələrdən gətirilmiş, yodsuz, qiymətləri son dərəcə şişirdilmiş duzlar var:
1. Marbelle, Sea Solt, 750 gr, yodsuz;
2. Gourmet Solt 200 gr, yodsuz;
3. Pihevaə morskaə solğ mertvoqo morə, yodsuz;
4. Marsell Sea Solt 150 gr, yodsuz;
5. Marsell Sea Solt, yodsuz 500 gr, yodsuz;
6. Melğniüa, morskaə solğ travami, 120 qr, yodsuz;
7. KAMİS, Melğniüa, morskaə solğ travami, 90 qr; yodsuz;
8. Atlantika, morskaə solğ, 150 qr, yodsuz;
9. MEDİTERRANEAN Sea Solt Mill; 90 gr, yodsuz;
Bu duzların idxalına və satışına məhdudiyyət qoyulması üçün AİB 2 gün öncə Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyinə, Səhiyyə Nazirliyinə, Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinə rəsmi müraciətlər edib.
Azad İstehlakçılar Birliyi əhalini duz alarkən mənşəyi bilinməyən duzları almamağa, bələdiyyələri, yol polisi və biznes qurumlarını isə bu qeyri-qanuni əməllərə son qoyulması istiqamətində konkret addımlar atmağa çağırıb.






30 Noyabr, 2011  20:08 Baxılıb: 1112 Çap

Bu bölmədə


XƏBƏR LENTİ

26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15

sagbanner