Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Ailədaxili münasibətlərin tənzimlənməsi mövzusunda konfrans

Konfrans Ordubadda baş tutub

Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə Ordubad rayon icra hakimiyyətində “Demokratik cəmiyyətdə ailələrin möhkəmləndirilməsində əsas faktor kimi ailədaxili münasibətlərin tənzimlənməsi” mövzusunda konfrans keçirilib.
Komitənin mətbuat xidmətindən Simsar.az saytına verilən məlumata görə, rayon icra hakimiyyətinin başçısının birinci müavini Etibar İsmayılov tədbiri açaraq konfransın əhəmiyyətindən söz açıb.
Naxçıvan MR Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Ramilə Seyidova “Dövlətin ali siyasətinin əsasları” mövzusunda çıxış edib. O, ölkəmiz müstəqillik əldə etdikdən sonra cəmiyyətin əsas özəyini təşkil edən ailə münasibətlərinin tənzimlənməsi istiqamətində bir sıra mühüm normativ-hüquqi aktların qəbul olunduğundan və ailələrə göstərilən dövlət qayğısından, erkən nikah hallarının aradan qaldırlması məqsədilə profilaktikanın intensivləşdirilməsindən, bu sahədə valideynlərin rolundan danışıb.
Naxçıvan MR Vəkillər Kollegiyasının sədri müavini Arif Ağayev “Ailə münasibətlərinin hüquqi tənzimlənməsi”, Naxçıvan Doğum Mərkəzinin həkim-ginekoloqu, tibb üzrə fəlsəfə doktoru Gültəkin Əliyeva “Ailə sağlamlığının əsasları” mövzularında çıxış ediblər.
Sonda iştirakçılara “Hormonal Kontrasepsiya” və “Xərçəng sizin qapınızı döymədən siz onu yaxalayın” adlı büroşurlar paylanıb, onları maraqlandıran suallar cavablandırılıb.

Elxan






30 Noyabr, 2011  19:27 Baxılıb: 1074 Çap

Bu bölmədə


XƏBƏR LENTİ

26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15

sagbanner