Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Naxçıvanlılara ingilis dili öyrədiləcək

“Britsh Council layihəyə başladı 

Ötən gün Naxçıvan şəhərindəki Heydər Əliyev adına orta məktəbdə “British Council ilə ingilis dili” adlı layihənin təqdimat mərasimi keçirilib.
Simsar.az-ın Naxçıvan üzrə müxbiri Elxan Yurdoğlu xəbər verir ki, layihə “Britsh Council” Azərbaycan nümayəndəliyi ilə Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi arasında orta təhsil müəssisələri müəllimlərinin ixtisaslaşma və təkmilləşdirilməsi məqsədilə həyata keçirilib.

Təqdimat mərasimində Naxçıvan MR Təhsil naziri Piri Nağıyev, məktəbin direktoru, Azərbaycanın əməkdar müəllimi Namiq Məmmədov çıxış edərək ingilis dili fənni üzrə kadr hazırlığı üçün layihənin əhəmiyyətdindən danışıblar.
“Britsh Council” Azərbaycan üzrə nümayəndəsi Pol Klementson tədbirin keçirilməsində əsas məqsədlərinin ingilis dilinin xalqlar arasında qarşılıqlı anlaşma dili kimi rolundan maksimum istifadə etmək olduğunu bildirib. O vurğulayıb ki, “Britsh Council” 109 ölkədə fəaliyyət göstərərək insanlar arasında bərabər imkanlar siyasətinə dəst olmağa çalışır.

Təqdimat mərasimin sonunda məktəbin elektron siniflərindən birində layihənin nəzərdə tutulmuş seminar məşğələsi keçirilib.
Layihə 2012-ci ilin aprel ayınadək davam edəcək.

Simsar.az






30 Noyabr, 2011  19:26 Baxılıb: 1032 Çap

Bu bölmədə


XƏBƏR LENTİ

26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15

sagbanner