Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

“SİMSAR”IN DOQQUZUNCU SAYI – “YUSİF PEYĞƏMBƏR” ÜZ QABIĞINDA

Jurnalda nələri oxuya bilərsiz... 

“Simsar” jurnalının yeni sayı hazırlanıb. Jurnalın doqquzuncu sayı da olduqca maraqlı materiallarla zəngindir. “Simsar”ın üz qabığında görəcəyiniz şəkil isə əminik ki, təəccüb yaratmaqla yanaşı ürəyinizcə olacaq.

Jurnalın baş redaktoru İradə Nurəddinqızı “Həzrəti Yusif” filmindəki Yusif obrazı ilə sevilən iranlı aktyor Mustafa Zamani ilə görüşmək üçün Tehran şəhərində olub və aktyordan çox maraqlı müsahibə alıb. “Bizim işimizdə sevmək çətindir” – bu cümlə tanınmış aktyora məxsus olan fikirlərdən birinin ifadəsidir. Aktyorun ən böyük arzusu isə belədir: “Həzrəti Yusif”-dən sonra Rəsulallahı canlandırmaq istərdim, amma bəşəriyyət onu canlandırmaqda acizdir”.

Uşaqları əyləndirən kukla tamaşaları necə ərsəyə gəlir? “Simsar” sizi kukla teatrının səhnə və səhnə arxası işlərlə tanış edəcək.

“Ən çox ailəmə güzəştə gedirəm... Ancaq ən çox da məndən inciyən evdəkilərdir” - bu fikirlər isə deputat Jalə Əliyava ilə qeyri-siyasi söhbətdəndir..

“Simsar”ın bu sayında Quba, Xınalıq, Qusar marşrutu üzrə gedən əməkdaşların yol məcaralarını oxuya və həmin rayonlarla tanış ola bilərsiz.

Azərbaycanın SSRİ tərkibindən çıxmasına səs verən deputatlar sırasında olan Firudin Cəlilov təhsil naziri işlədiyi dövrdə bir sıra islahatlar aparıb. “Duzlu söhbət”in budəfəki müsahibi sabiq keçmiş naziri Firudin Cəlilovdur. Onunla müstəqillikdən, təhsilin bugünkü durumundan və indiki işindən danışdıq.

Uşaqlıda özünü hind filmindəki Bobbiyə bənzədən əməkdar artist Sənubər İsgəndərli bir zamanlar sevilən aktrisa olacağını xəyalına da gətirməyib. İfa etməyi arzuladığı bir obraz da yoxdur. Çünki çoxlarının canlandırmaq istədiyi rollar ona, özünün də gözləmədiyi halda təklif olunub. Davamını “Simsar”dan oxuyun.

Həccin hikmətləri barədə “Mənəviyyat” rubrikasından öyrənəcəksiz.

“Deməyin ki, uşağam” rubrikasının balaca müsahibi Xədicə Əhmədova deyir: “İlham Əliyev Ərdoğandan yaxşıdır”.

Jurnalist “Üç böyük sevgim olub” - deyə, etiraf edən “525-ci qəzet”in baş redaktoru Rəşad Məcidin ömür yolu ilə addımlayırıq.

“Tela sima” rubrikasında tanınmış diktor Ofelya Sənani keçmiş günlərdən və indiki durumundan danışır.

“Simsar”ın tarixi adlı yeni rubrikada isə dahi şair İmaməddin Nəsiminin şəxsiyyəti ilə tanış olacaqsız.

Moldaviyanın Azərbaycandakı səfiri İqor Bodyunun müsahibəsinin başlığı: “Siz də biz də davakar deyilik”.

“Simsar” yeni sayda Azərbaycanın Təbiət Qoruqlarını tanıdacaq.

“Gözəl düşünən, gözəl görər” layihəsində bu dəfə də diqqətçəkən söhbətlər olacaq. Qonaq: əməkdar artist Gülşad Baxşıyevadır.

“Gənc aktyor” rubrikasında aktyor Elnur Kərimovla yeni Azərbaycan seriallarının səviyyəsinə qiymət verilir.

Filmlərdə ana obrazınıən gözəl ifaçısı Nəcibə Məlikovanı yaxşı tanımaq istəyənlər “Simsar”ın yeni sayını oxuyun.

Gülsatan peşəsinin incəlikləri nədən ibarətdir? Jurnalda bu suala cavab verilib.

Böyrəyin zəifləməsi ürək, ağciyər, qaraciyər, hətta beyinə mənfi təsir göstərir. Azərbaycanda böyrək xəstəlikləri geniş yayılıb. Bunun səbələri və müalicəsi barədə “Simsar”a uroloq Asif Cahangirov danışıb.

Üz qabığında Yusif Peyğəmbər rolunun ifaçısı, tanınmış aktyor Mustafa Zəmaninin şəkli olan “Simsar” jurnalının doqquzuncu sayı gələn həftədən köşklərdə olacaq.






30 Noyabr, 2011  17:43 Baxılıb: 1499 Çap

Bu bölmədə


XƏBƏR LENTİ

26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15

sagbanner