Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

“ZİYA BÜNYADOV, AFİYƏDDİN CƏLİLOV VƏ RAFİQİN QATİLLƏRİ MÜTLƏQ CƏZALANACAQ”

Hacı Qalib Salahzadə: “İnsanın nə boyda günahı olmalıdır ki, onun həyatına qəsd edəsən”

“İndi silah gəzdirməyə nə ehtiyac var? Kimlərsə şayiə yayır ki, guya nəsə ola bilər. Vaxtilə qarışıqlıq olub, kimlərsə öldürülüb. İndi kimin nəyinə lazımdır ki, kimisə öldürsün? İndi silah gəzdirənə gülürlər. Maşallah, dövlət o qədər güclüdür ki, öz vətəndaşını qorumağa qadirdir”.

Bunu Milli Məclisin deputatı Hacı Qalib Salahzadə “Yeni Müsavat” qəzetinə müsahibəsində bildirib.

Q.Salahzadə yazıçı Rafiq Tağının qətlə yetirilməsini də pisləyib: “Allah rəhmət eləsin Rafiq Tağıya. Yəqin yazılarında kiməsə toxunub. Amma yenə də Rafiqin öldürülməsini pisləyirəm. Nə günahı ola bilərdi onun? Allah kiminsə ömrünü yarıda kəsən adamı heç vaxt bağışlamır. O, şeytan əməlidir. Şeytan kimisə aldadır, gedib başqasını vurur öldürür. Ziya Bünyadov, Afiyəddin Cəlilov və ya Rafiqin qatilləri Allah yanında mütləq ya cəzasını alıb, ya da alacaq. Belə şey ola bilməz ki, insan həyatına qəsd eləyəsən, Allah da səni cəzalandırmasın. İnsanın nə boyda günahı olmalıdır ki, onun həyatına qəsd edəsən”.

Şeyx Ermənistana səfərinə münasibət bildirən millət vəkili qeyd edib ki, düşmən ölkəyə gedib orada açıq-aşkar danışmaq insandan mərdlik tələb edir: “Bəzən deyirlər ki, filan dövlət təminat verdi, nə bilim nə oldu. Bu, adamın özündən də kişilik istəyir. Şeyx istəsəydi, 50 dənə bəhanə ilə getməzdi ora. Düşməndən heç vaxt qorxmaq lazım deyil, düşmənin üstünə getmək lazımdır. Şeyx ora qalmağa getməmişdi ki. Bütün dünya gördü ki, Şeyx getdi, sözünü deyib qayıtdı. Bir şeyi bilirəm ki, əgər Azərbaycanın Şeyxülislamı gedib düşmənlə nə danışırsa, Azərbaycan xalqının xeyrinə danışa bilər və xeyrinə də danışır. Şeyx şəxsi məqsədlə getməyib ki. Şeyx nə edirsə, Azərbaycan xalqının xeyrinə edir. Şəxsi təhlükəsizliyini də nəzərə almadan xalq üçün çalışır. Bəzi mətbuatda oxuyuram ki, yazırlar gərək getməyəydi. Necə yəni getməyəydi? Getməmək boynuna almaqdır ki, mən düşməndən qorxuram. Biz düşməndən qorxmuruq, düşmənin dalında dayananlardan ehtiyat edirik. Bilirsiniz kimləri nəzərdə tuturuq”.

Q.Salahzadə hökumətin gördüyü işlərə, çəkilən zəhmətlərə qiymət verilməsinin tərafdarı olduğunu deyib: “Mən parlamentdə də bəzi çıxışlar eşidirəm. Məsələn, Etibar Pirverdiyevi, Hacıbala Abutalıbovu, Cavid Qurbanovu, Ziya Məmmədovu tənqid edirlər. Mən bunların hamısının əleyhinəyəm. Lap elə mərdi-mərdanə deyirəm. Etibar Pirverdiyev elektroenergetika sahəsinə, Cavid Qurbanov, Ziya Məmmədov, Hacıbala Abutalıbov yolların təmirinə, abadlaşdırılmasına nə qədər əziyyət çəkib. Mənim bu adamlarla yaxın tanışlığım, ünsiyyətim yoxdur. Mən Bilgəhdə yaşayıram, bu adamlara ehtiyacım yoxdur. Amma mərdi-mərdanə, kişi kimi deyirəm ki, bu adamların elədiklərindən, Azərbaycan üçün çəkdikləri əziyyətlərdən də danışılsın da. Bu işləri həyata keçirən möhtərəm prezidentimiz İlham Əliyevdir. Bir dənə nöqsan olan kimi demirlər sürücülər məsuliyyətsizlik edib, bir-birinə yol verməyib. Hamısı deyir ki, yollar xarabdırsa, Cavid Qurbanov, Hacıbala Abutalıbov təqsirkardır, ya işıq yanmırsa, “Azərenerji” təqsirkardır. Bu məsələlərə qlobal baxmaq lazımdır. Bu insanların zəhmətini unutmaq olmaz, çox iş görüblər”.

Millət vəkili şəhərdə nəqliyyat vasitələrinin sayının həddindən artıq çoxalmasına da toxunaraq qeyd edib ki, yaranan tıxacların bir səbəbi də, avtomobillərin sayının artmasıdır: “Mən Bakı kəndlərinin gələcəyini görürəm. 10, ya 15 il ərzində ən azı Maştağaya metro çəkilişi lazım olacaq. Metro çəkilsə, böyük bir problem həll edilər. Kim bilirdi ki, bu qədər maşın olacaq? Bəziləri deyir ki, camaatda yoxsulluq var. Yoxsulluq-zad yoxdur. Bakı kəndlərində kimin həyətinə gedirsən, maşını var. Adam var üç maşın saxlayıb həyətdə. Yollar axı bu qədər maşına hesablanmamışdı”.

Metroda gediş haqlarının artırılmasını təbii sayan deputat qiymət artımına obyektiv yanaşılmasının tırıfdarıdı: “Ola bilməz ki, eyni şey illərlə qalsın. Adi “Jiquli”ni 3-4 minə sata bilmirdilərsə, indi 7-8 min manatdır. İndi ola bilməzdi metronun qiyməti əvvəlki kimi qalsın. Dövlət ziyanla işləməməlidir ha. Yəqin bahalaşma ilə əlaqədar dövlətin özünün də bir planı, addımı olacaq. Yəni bizim bilmədiyimiz məsələlər ola bilər. Hər halda, əhalini narazı salmazlar”.

İlin əvvəlində bələdiyyələrlə bağlı sərt çıxış etmiş Q.Salahzadə əlavə edib ki, həmin çıxışdan sonra bu sahədə vəziyyət bir qədər normallaşıb: “Doğrusu, çıxışımdan sonra heç bir bələdiyyə sədri həbs olunmayıb. Deyəsən, hüquq-mühafizə orqanları bu sahəyə çox fikir verir. Bu arada bir Şamaxı bələdiyyəsinin sədri tutulmuşdu, o da buraxıldı. Bunlar doğrudan da mənim fikrimi qiymətləndiriblər ki, bu adam düz deyir də. 5-10 sot torpağa görə adamı tutub türməyə basırdılar. Bunun balaları, ailə üzvü var axı. Aparıb basırlar içəri, körpə balası qalır gözüyaşlı. Yəni o çıxışdan sonra deyəsən, bələdiyyələr də özlərini yığışdırıblar və heç kim də tutulmur”.






30 Noyabr, 2011  15:23 Baxılıb: 1774 Çap

Bu bölmədə


XƏBƏR LENTİ

26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15

sagbanner