Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Nazir vətəndaşların dərdini dinlədi

Əlil və şəhid ailələrinə evlər paylandı

Ağcabədi və Yevlax rayonlarında hər biri 4 mərtəbəli, 36 mənzilli müasir tələblərə uyğun iki bina əlil və şəhid ailələrinə təqdim olunub.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin ictimaiyyətlə əlaqələr şöbəsindən Simsar.az-a verilən məlumata görə, cari ilin sonunadək Quba, Göygöl və Samux rayonlarında da hər biri 4 mərtəbəli, 36 mənzilli binalar və müxtəlif bölgələrdə 10 fərdi ev bu təbəqədən olan insanların istifadəsinə veriləcək. 
Yaxın günlərdə Şəkidə və Şəmkirdə hər biri 36 mənzilli, Bakının Nərimanov rayonunda gözdən əlillər üçün 12 mərtəbəli 132 mənzilli binaların tikintisinə başlanacaq. 2012-ci ildə isə Suraxanı, Sabunçu və Gəncədə hər biri 9 mərtəbəli, 81 mənzilli, Sumqayıtda 12 mərtəbəli, 96 mənzilli binaların inşası başa çatacaq.

Bundan başqa dünən əmək və əhalinin sosial müdafiəsi naziri Füzuli Ələkbərov Ağcabədi və Yevlax rayonlarında nazirliyin həmin rayonlar və ətraf 10 rayon üzrə fəaliyyət göstərən strukturlarının fəaliyyəti ilə bağlı Azərbaycan Respublikası Prezidentinə, Nazirlər Kabinetinə, Milli Məclisə, Ombudsman Aparatına, eləcə də ƏƏSMN-ə şikayət ərizələri ünvanlamış vətəndaşlarla görüşüb.

Vətəndaşların müraciətlərinin dinlənilməsi və nazirliyin uyğun şöbələrinin mütəxəssisləri tərəfindən şikayət ərizələrinin yerində obyektiv araşdırılması zamanı bir sıra vətəndaşların ünvanlı dövlət sosial yardımı, əlillik qruplarının təyinatı və sosial müdafiə işinin digər sahələri ilə bağlı müvafiq qanunvericilik barədə məlumatsız olmaları səbəbindən əsassız şikayət ərizələri yazdıqları məlum olub, eyni zamanda, bir sıra haqlı narazılıqların olduğu da müəyyən edilib. Vətəndaşların müraciətlərində qaldırılan məsələlərin qanunvericiliyin tələblərinə uyğun və ədalətli həlli ilə əlaqədar müvafiq strukturlara göstəriş verən nazir F. Ələkbərov vətəndaşlarda haqlı narazılıq yaradan hallara yol vermiş yerli qurumların fəaliyyətinin ciddi şəkildə araşdırılması, vətəndaşlarla münasibətlərdə qanunsuz əməllərin aşkarlandığı təqdirdə bununla bağlı hüquq mühafizə orqanlarına məlumat təqdim edilməsi barədə tapşırıq verib. Həmçinin nazirliyin müvafiq qurumlarına vəzifəsinin icrasına məsuliyyətsiz və səhlənkar münasibət göstərən əməkdaşlar barədə tədbirlər görülməsi tapşırılıb.

Qeyd olunub ki, bir sıra hallarda yerli strukturların əməkdaşları tərəfindən vətəndaş müraciətlərinə baxılması işində səhlənkarlığa və diqqətsizliyə yol verilməsi yerindəcə həll olunması mümkün olan adi bir məsələ ilə bağlı yuxarı instansiyalara şikayət ərizələrinin yazılmasına səbəb olur. Odur ki, vətəndaşların müraciətlərinə əməkdaşlar tərəfindən diqqətlə yanaşılmalı, qaldırılan məsələlər onların səlahiyyətləri çərçivəsində obyektiv şəkildə həll edilməlidir. Vətəndaşların nazir F. Ələkbərov tərəfindən qəbulu zamanı aztəminatlı ailələrin bir çoxunda yoxsulluq vəziyyətindən çıxmaq üçün potensial imkanların mövcudluğu, hətta gənc ailə üzvlərinin yüksək balla ali təhsil müəssisələrinə daxil olaraq təhsil aldıqları və s. məlum olub. Bu da həmin ailələrin gələcəkdə aktiv yolla yoxsulluq şəraitindən çıxa biləcəklərini düşünməyə əsas verir.

Cari ilin ötən dövründə nazir F. Ələkbərov nazirlikdə və ayrı-ayrı bölgələrdə olaraq, ümumilikdə 60-dan çox rayon üzrə vətəndaşları qəbul edib və onların nazirliyin fəaliyyət dairəsinə aid sahələrlə bağlı ayrı-ayrı instansiyalara ünvanladıqları şikayət ərizələrinə baxılıb. Şikayət ərizələrində qaldırılan məsələlər yerində və qanunvericiliyin tələblərinə uyğun tərzdə araşdırılaraq, məqsədyönlü tədbirlər həyata keçirilib. Vətəndaşların yaşadıqları bölgədə onların şəxsi iştirakı ilə qəbulu və müraciətlərinin araşdırılması işləri digər rayonlarda da davam etdiriləcək.






30 Noyabr, 2011  15:07 Baxılıb: 1031 Çap

Bu bölmədə


XƏBƏR LENTİ

26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15

sagbanner