Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

“Biz tövlədə yaşayırıq” kəlməsi hakimi şoka saldı

Bakı İnzibati İqtisad Məhkəməsi Kür daşqınlarından əziyyət çəkən vətəndaşların evlərinə baxış keçirilməsi qərarı verdi

Dünən 1 saylı Bakı İnzibati İqtisad Məhkəməsində Kür daşqınları ilə bağlı mülkiyyət hüquqlarının müdafiəsinə dair dəyən ziyanın ödənilməsi tələbi ilə bir gündə 2 məhkəmə prosesi keçirilib. 

“Kür” Vətəndaş Cəmiyyəti Qərargahının mətbuat xidmətindən Simsar.az-a daxil olan məlumata görə, öncə İmişli rayon Qızılkənd kənd sakini Nazim Teymurovun Fövqaladə Hallar Nazirliyinə qarşı iddia tələbi ilə məhkəmə prosesi keçirilib. Məhkəmə prosesi hazırlıq iclası olduğundan hakim N. Teymurovun evinə FHN tərəfindən keçirilən baxış aktının məhkəməyə təqdim olunması üçün cavabdehə müvafiq sorğunun göndərilməsi ilə kifayətlənib.
Digər məhkəmə prosesində isə Saatlı rayon Nərimankənd kəndinin sakinləri İlham və Elşad Məmmədovların FHN- ə qarşı məhkəmə iddiasına baxılıb. Hakim Vüsalə Baxışovanın sədrliyi ilə keçən məhkəmə prosesində iddiaçıların vəkilləri hüquqlarını müdafiə etdikləri şəxslərə dəyən ziyanla bağlı çıxış edərək onların üzləşdikləri problemlərin bu günə qədər həll olunmadığını bildiriblər. İddiaçının nümayəndəsi qeyd edib ki, İlham Məmmədovun evi və təsərrüfatı Kür daşqınlarının ciddi təsirinə məruz qalaraq yararsız vəziyyətə düşüb. Hakimin İlham Məmmədova ünvanladığı “Yaxşı indiyə qədər sizin eviniz qəzalı vəziyyətdədirsə bəs siz harda yaşayırsınız?” sualına zərərçəkənin cavabı gözlənilməz olduğu qədər də təəccüb doğurdu; “Möhtərəm hakim, mən indiyə qədər öz ailəmlə birlikdə həyətimizdə olan tövlədə yaşayıram. Hara şikayət edirəmsə, şikayətimə baxan yoxdur. Bizi insan yerinə qoymurlar”.
Məhkəmə prosesinin sonunda hakim zərərçəkən İlham Məmmədovun evinə məhkəmə baxışı keçirilməsi barədə qərar qəbul etdi.

Hər iki məhkəmə prosesində iddiaçılar və onların vəkilləri iştirak etsə də cavabdeh Fövqəladə Hallar Nazirliyinin nümayəndələri iştirak etməyib. Maraqlıdır ki, məhkəmənin gedişi ərəfəsində FHN- nin nümayəndələri iddiaçılar Nazim Teymurovun, İlham Məmmədovun və Elşad Məmmədovun evlərinə baxış keçiriblər. Məhkəmədən bir neçə gün oncə isə “Kür” Vətəndaş Cəmiyyəti Qərargahının nümayəndələri iddiaçıların evinə və təsərrüfatına baxış keçiriblər.






30 Noyabr, 2011  14:19 Baxılıb: 907 Çap

Bu bölmədə


XƏBƏR LENTİ

26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15

sagbanner