Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Asiya İnkişaf Bankı jurnalistlər üçün müsabiqə elan edir

Birinci yerin qalibinə 500 dollar pul mükafatı veriləcək

Asiya İnkişaf Bankı (AİB) “AİB-in Azərbaycandakı əməliyyatları” mövzusunda yazı müsabiqəsinə başlayır. Bankın Azərbaycandakı Daimi Nümayəndəliyindən ANS PRESS-ə verilən məlumata görə, müsabiqədə yalnız çap və elektron mediada çalışan jurnalistlər iştirak edə bilər. Müsabiqənin əsas məqsədi insanları AİB-in Azərbaycandakı əməliyyatları haqda məlumatlandırmaqdır.

“Çox istərdik ki, insanlar müxtəlif sektorlardakı əməliyyatlarımızın nə dərəcədə effektiv olduğunu və bizim yardımın onların həyatını yaxşılaşdırmağa necə kömək etdiyini bilsinlər. Biz inanırıq ki, Azərbaycan jurnalistləri bu müsabiqədə həvəslə iştirak edəcək”, - deyə müsabiqə təşəbbüsünü şərh edən AİB-in Azərbaycandakı Daimi Nümayəndəliyinin rəhbəri Olli Noroyono bildirib.

“AİB-in Azərbaycandakı əməliyyatları” müsabiqəsinə təqdim olunan yazılar aşağıdakı kriteriayalar əsasında qiymətləndiriləcək:
1) yazının üslubu;
2) AİB-in əməliyyatları haqda statistik məlumatlardan istifadə;
3) ekspert rəylərindən istifadə;
4) AİB layihələrinin insanların həyatına göstərdiyi yaxud göstərə biləcəyi təsiri təsvir etmək.

Bir jurnalist müsabiqəyə həcmi minimum 1000 söz olmaq şərtilə yalnız bir məqalə təqdim edə bilər. Məqalələr Azərbaycan, rus və ingilis dillərində ola bilər. Məqalə yerli qəzetlərdən, jurnallardan yaxud saytlardan birində çap edilməlidir. İştirakçılar müsabiqəyə qatılmaq üçün yazının çap olunmuş yaxud elektron nüsxəsini təqdim edə bilər. Yazının çap olunmuş nüsxəsi AİB-in Azərbaycandakı Daimi Nümayəndəliyinin ofisinə təqdim edilməlidir. Yazının elektron versiyası yaxud İnternet ünvanı (linki) aşağıdakı elektron ünvana göndərilməlidir: tjalalli.consultant@adb.org

Məqaləni təqdim edərkən müəlliflər öz adlarını, vəzifələrini və çalışdıqları media orqanının adını qeyd etməlidir. Məqalələrin təqdim edilməsi üçün son tarix 18 dekabr, 2011-ci il, saat 18.00-dur.

Yazıları qiymətləndirəcək jüri AİB əməkdaşlarından və media mütəxəssislərindən ibarət olacaq. Birinci yerin qalibi 500 ABŞ dolları (393 AZN) pul mükafatı qazanacaq. İkinci və üçüncü yerin qalibləri isə müvafiq olaraq 400 (315 AZN) və 200 ABŞ dolları (157 AZN) pul mükafatı əldə edəcək.






30 Noyabr, 2011  02:02 Baxılıb: 1010 Çap

Bu bölmədə


XƏBƏR LENTİ

26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15

sagbanner