Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Magistrlərə hərbi xidmətdən möhlət hüququ verilməyəcək

Zahid Oruc: “Qanun layihəsində ümumilikdə ictimaiyyətin gözlədiyinin əksinə ciddi dəyişikliklər yoxdur”

Bu həftə Milli Məclisin Təhlükəsizlik və Müdafiə Komitəsində müzakirəyə çıxarılacaq “Hərbi vəzifə və hərbi xidmət haqqında” qanun layihəsi indiyədək Azərbaycanda mövcud olmuş 3 ayrı qanunu özündə birləşdirir. Bu barədə parlamentin Təhlükəsizlik və müdafiə komitəsinin üzvü Zahid Oruc bildirib. 

Millət vəkilinin sözlərinə görə, qanun layihəsində ümumilikdə ictimaiyyətin gözlədiyinin əksinə ciddi dəyişikliklər yoxdur: “Lakin sənəddə bir sıra yeni müddəalar əksini tapıb. Bunlar hərbi liseyləri yarımçıq qoyanların xidmət müddətinin hesablanması, hərbi xidmət keçdiyi dövrdə cinayət törədən şəxslərin xidmətini sonra davam etməsi şərtləri, hərbi sferadan tərxis olunma, onun yaş dərəcələri və s. ilə bağlı yeniliklərdir”.

Z. Oruc bildirib ki, layihədə magistr təhsili alanlara həqiqi hərbi xidmətdən möhlət hüququnun verilməsi, hərbi xidmətə çağırış kampaniyasının və maksimum yaş həddinin azaldılması və s. kimi indiyədək parlamentarilər tərəfindən dəfələrlə qaldırılmış məsələlər yer almayıb.






29 Noyabr, 2011  23:46 Baxılıb: 1054 Çap

Bu bölmədə


XƏBƏR LENTİ

26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15

sagbanner