Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

DİNİ KOMİTƏ AYƏTULLAHA SƏRT CAVAB VERDİ

"Ayətullah Sədiqin cəfəngiyyat danışır"



“Təbrizdə “Əşrəful-Ənbiya” məscidində keçirilən mərasimdə çıxış edən Ayətullah Sədiqinin Azərbaycandakı mövcud dini durumla bağlı irəli sürdüyü fikirlər növbəti cəfəngiyatdan başqa bir şey deyil”.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Dini qurumlarla iş üzrə şöbəsinin müdiri Əliheydər Zülfüqarov Lent.az-a açıqlamasında deyib ki, Ayətullah Sədiqinin timsalında belə “ayətullah”ların İslamı şəxsi məqsədlərinin alətinə çevirərək, obyektivlikdən uzaq formada Azərbaycan dövlətinin hicaba qadağa qoyduğunu, dindarlarla üz-üzə dayandığını iddia etmələri tamamilə məntiqsizlik və həmin “din adamları”nın özlərinin də yaxşı bildiyi ən böyük günahlardan sayılan böhtandır.


Əliheydər Zülfüqarov bildirib ki, müstəqilliyini yenidən qazanmış ölkəmizdə dindar qadınların hicab taxmasına heç vaxt qadağa qoyulmayıb. Bəzi ölkələrdən fərqli olaraq, Azərbaycanda hicabı məcburi şəkildə deyil, könüllülük əsasında geyinirlər və bu, dövlətimizin insanlara azad seçim hüququ verməsinin bariz nümunəsidir. Ölkənin dövlət təhsil sistemi dindən ayrıdır, bütün dinlər qanun qarşısında bərabərdir və hamısına eyni şərait yaradılıb: “Çıxışında Azərbaycandan bəhs edərkən “Bakı dövləti” ifadəsini işlətməsi onun səviyyəsizliyini, dünyagörüşünün kasadlığını bir daha göstərir. Azərbaycanın fətvalarla deyil, dünyəvi qanunlarla idarə olunduğunu “unutmuş ayətullahlar”a onu da xatırlatmaq lazımdır ki, ölkəmizdə qanunun aliliyi prinsipi yüksək səviyyədə qorunur. Qanunlarımıza görə isə İslam dininə aid ayin və mərasimlərin aparılması yalnız Azərbaycan Respublikasında təhsil almış Azərbaycan Respublikasının vətəndaşları tərəfindən həyata keçirilə bilər. Bu məsələnin əlavə şərhinə ehtiyac yoxdur”.


Dini qurumlarla iş üzrə şöbəsinin müdiri qeyd edib ki, ümumiyyətlə, son vaxtlar qonşu ölkənin din adından danışan bəzi şəxsləri tərəfindən bu kimi əsassız bəyanatların məqsədli şəkildə verilməsinin arxasında Azərbaycan üçün nəzərdə tutduqları “planların” iflasa uğramasının yaratdığı qıcıq dayanır: “Azərbaycan dövlətinin dinlərarası münasibətlərdə tolerant prinsipləri önə çəkməsi, dinlər və məzhəblərüstü siyasət aparması totalitar təfəkkür tərzinə sahib “ayətullahları” yamanca narahat edir və onlar son çarə kimi azərbaycanlı dindarları dövlətə qarşı qoymağa çalışırlar. Bəyanatlarında üstüörtülü şəkildə “cihad”, “şəhadət”, “qüdrət taxtından yerə salmaq” kimi ifadələrdən istifadə etmələri onların həm dini, həm də siyasi səbatsızlıqlarından xəbər verir”.






29 Noyabr, 2011  21:50 Baxılıb: 1158 Çap

Bu bölmədə


XƏBƏR LENTİ

26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15

sagbanner