Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Şəxsiyyət vəsiqəsini internetlə almaq mümkündü

DİN təklif etdiyi elektron ximətlərin siyahısını açıqladı 

Azərbaycan Daxili İşlər Nazirliyi elektron xidmətlərin göstərilməsinə başlayıb.

Nazirliyin mətbuat xidmətindən Simsar.az saytına verilən məlumata görə, DİN-in internet saytında (www.mia.gov.az) elektron xidmətlər bölməsi yaradılıb.

Həmin bölmə vasitəsilə vətəndaşlar bir sıra sənədlərin alınması və müraciət edilməsini elektron formada həyata keçirəcəklər.

Belə ki, vətəndaşlar xidməti və mülki silahın qeydiyyata alınması (qeydiyyatının dəyişdirilməsi), xidməti və mülki silahın alınmasına və saxlanılmasına xüsusi icazənin, müxtəlif növ möhürlərin və ştampların hazırlanmasına xüsusi razılığın, qeyri-dövlət (özəl) mühafizə fəaliyyətinə xüsusi razılıq (lisenziya), vətəndaşların şəxsiyyət vəsiqəsinin dəyişdirilməsi, ümumvətəndaş pasportlarının dəyişdirilməsi, Azərbaycan Respublikasında daimi yaşayan vətəndaşlığı olmayan şəxslərin şəxsiyyət vəsiqələrinin və ölkə hüdudlarını tərk etmək üçün xüsusi nümunəli pasportlarının dəyişdirilməsi, sürücülük vəsiqələrinin, nəqliyyat vasitələrinə texniki baxışın keçirilməsi üçün elektron qaydada müraciət edə bilərlər.

Həmçinin daxili işlər orqanlarında xidmətə qəbul, məhkumluq barədə, arxiv arayışlarının verilməsi, mülkiyyətçilərin əmlakının mühafizəyə götürülməsi, itirilmiş əşyanın tapılmaması barədə arayışların verilməsi, yol hərəkəti qaydalarının pozuntusu ilə bağlı görülən tədbirlər barədə məlumat əldə edilməsi, nəqliyyat vasitələrinin dövlət qeydiyyatına alınması və digər hərəkətlər üçün bu bölməyə daxil olmaqla elektron qaydada müraciət etmək imkanı yaradılıb.






29 Noyabr, 2011  16:49 Baxılıb: 1241 Çap

Bu bölmədə


XƏBƏR LENTİ

26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15

sagbanner