Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

KİV Fondu müsabiqə elan etdi

Nərimanov rayonundakı vəziyyəti yaxşı qələmə alan mükafatlanacaq

Bakı şəhəri Nərimanov rayon İcra Hakimiyyəti və Azərbaycan Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu (KİVDF) birgə fərdi jurnalist yazıları müsabiqəsi elan ediblər.

Fondun mətbuat xidmətindən bazar ertəsi Simsar.az-a verilən məlumata görə, müsabiqənin məqsədi Nərimanov rayonunun sosial-iqtisadi və ictimai həyatındakı proseslərin ictimaiyyətə daha yaxından çatdırılmasında peşəkar jurnalist yaradıcılığını stimullaşdırmaqdır.

Müsabiqə "Nərimanov rayonunun sosial-iqtisadi inkişafı: real vəziyyət və perspektivlər" mövzusunda keçiriləcək.

Müsabiqə elan olunan günədək ən azı bir il müddətində kütləvi informasiya vasitələrində (qəzet, jurnal və informasiya agentlikləri) fasiləsiz işləyən şəxslər müsabiqədə iştirak edə bilərlər.

Yazılar noyabrın 29-dan dekabrın 24-dək, rəsmi iş günləri saat 10.00-dan 16.00-dək Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fonduna şəxsən təqdim olunmalıdır.

Qaliblərin adları dekabrın 31-dək elan olunacaq.






28 Noyabr, 2011  20:45 Baxılıb: 1023 Çap

Bu bölmədə


XƏBƏR LENTİ

26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15

sagbanner