Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

“İmam Xomeyni” məscidinin axundu həbs olundu

O, vergidən yayınmaqda ittiham edilir

Bakı. Ramil Məmmədli - APA. Bülbülə qəsəbəsində fəaliyyət göstərən “İmam Xomeyni” məscidinin icma rəhbəri Hacı Məsim Novruzov həbs olunub.

Simsar.az-ın məlumatına görə, o, vergidən yayınma ittihamı ilə saxlanıb. Hacı Məsim Novruzov eyni zamanda “İmam Xomeyni” məscidinin axundudur. 

Suraxanı Rayon Məhkəməsinin hökmü ilə M. Novruzov 2 il müddətinə azadlıqdan məhrum edilib. Birinci məhkəmə instansiyasının hökmündən verilən apellyasiya şikayəti isə baxılması üçün hakim Həsən Əhmədovun icraatına verilib.

İttihama görə, Məsim Dəmir oğlu Novruzov Cinayət Məcəlləsinin 213.1-ci (xeyli miqdarda vergiləri və ya məcburi dövlət sosial sığorta haqlarını ödəməkdən yayınma) və 310-cu (özbaşına özünün vəzifəli şəxs kimi təqdim edilməsi və ya vəzifəli şəxsin səlahiyyətlərinin mənimsənilməsi ilə əlaqədar fiziki və ya hüquqi şəxslərin hüquqlarının və qanuni mənafelərinin əhəmiyyətli dərəcədə pozulmasına səbəb olan hərəkətlər törətmə) maddələri ilə təqsirləndirilib.

Qeyd edək ki, həbs olunan M. Novruzov “Cəfəri” heyətinin rəhbəri Hacı Abgül Süleymanovun və “İslam-azeri.az” internet qəzetinin baş redaktoru Ramin Bayramovun qayınatasıdır. A. Süleymanov və R. Bayramov isə Azərbaycan Milli Təhlükəsizlik Nazirliyi (MTN) və Baş Prokurorluq tərəfindən birgə həyata keçirilmiş istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri nəticəsində həbs olunub. Adıçəkilən şəxslər Azərbaycana qarşı düşmənçilik fəaliyyəti aparmaqda, xarici dövlətə və onun nümayəndələrinə kömək etməkdə, eləcə də ölkədə iğtişaşların törədilməsində, ictimai təhlükəsizliyin pozulmasında, insanların itaətsizliyə təhrik edilməsində şübhəli bilinir. Keçirilmiş baxışlar nəticəsində hər iki şəxsdən narkotik maddələr aşkarlanaraq götürülüb.






28 Noyabr, 2011  19:09 Baxılıb: 1065 Çap

Bu bölmədə


XƏBƏR LENTİ

26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15

sagbanner